Twitter səhmlərini "uçuran" açıqlama
Ən populyar sosial media saytlardan biri olan "Twitter" mənfəətə keçmək üzrədir.
"marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, xərclərin azaldılması və digər şirkətlərə məlumat satışının artırılması ilə birlikdə Twitter ilk dəfə növbəti rübdə mənfəətə keçəcəkdir.
Şirkətin böyüməsinin davam edəcəyinin də vurğulandığı açıqlamanın ardından səhmləri 18 faiz artım qeyd edərək 20.31 dollara qalxıb.
Twitter ötən rübdə 590 milyon dollar gəlir əldə etmişdir. Analitik proqnozları isə 587 milyon dollar səviyyəsində idi.
Sosial media saytının dünya üzrə 330 milyon aktiv istifadəçisi var. Ötən günlərdə 140 olan işarə sayını 280-ə qaldırmaq üçün test işlərinə başlamışdı.
XXX
Twitter-dən verilən açıqlamada, bu ilin üçüncü rübündəki gəlirin, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalma göstərərək 590 milyon dollara gerilədiyi bildirilib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 616 milyon dollar gəlir əldə etmişdi.
Açıqlamada, şirkətin bu ilin üçüncü rübündə 21,1 milyon dollar zərər etdiyi məlumatı verilib. Şirkət, keçən ilin üçüncü rübündə 102,9 milyon dollar zərər etmişdi.
Digər tərəfdən, Twitter-in bu ilin üçüncü rübündəki aylıq aktiv istifadəçi sayı, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 330 milyona çatıb.
Həmçinin, açıqlamada, şirkətin bu ilin dördüncü rübündə 220 milyon dollar ilə 240 milyon dollar arasında mənfəət əldə edəcəyinin təxmin edildiyi vurğulanıb.
Twitter-in üçüncü rüb gəlirlərində azalma və zərər açıqlamasına baxmayaraq, sözügedən göstəricilər və aylıq aktiv istifadəçi sayındakı artım bazar gözləntilərinin üzərində çıxıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)






