Bank sektoru üzrə yol xəritəsi hazırlanacaq
Sistem əhəmiyyətli bankların tənzimləmə mexanizmi müəyyən ediləcək
Maliyyə-bank sisteminin dayanıqlığının təmin edilməsinə, bank sistemi və onu əhatə edən iqtisadi və hüquqi infrastrukturda əsaslı keyfiyyət dəyişikliklərinə, qiymətli kağızlar və sığorta bazarının səmərəliliyinin artırılmasına və perspektiv inkişafına yönələn prioritet istiqamətlər açıqlanıb.
2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd olunub ki, bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Bundan başqa, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi də prioritet istiqamət kimi müəyyən edilib.
Sənəddə qeyri-işlək aktivlərin idarə edilməsi və satışının təşviqi məqsədilə hüquqi mexanizmlərin yaradılması, restrukturizasiya planında daxil ediləcək qeyri-işlək aktivlər üzrə meyarların müəyyən edilməsi, restrukturizasiya strategiyasının müəyyən edilməsi, restrukturizasiya proqramının icrası və monitorinqinin aparılması da prioritet istiqamətlərdən elan edilib.
O cümlədən, sənəddə qeyd olunub ki, iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının artırılmasına və gəlir bərabərsizliyinin aradan qaldırılmasına dəstək verəcək maliyyə inklüzivliyinin gücləndirilməsi, maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazara çıxış imkanlarının yaradılması, analitik və proqnozlaşdırma potensialının gücləndirilməsi, kommunikasiya və hesabatlılığının təkmilləşdirilməsi, yeni risk-əsaslı bank nəzarəti çərçivəsinin yaradılması, bankların institusional və risk idarəetməsi potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
3 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
4 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
8 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
9 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























