Azərbaycanın iri bankının gəlirləri və əməliyyat mənfəəti azalıb
“XalqBank” ASC 2017-ci ilin 9 ayını 13 milyon 124 min manat xalis mənfəət ilə başa vurub.
“XalqBank” 2016-cı ilin 9 ayında 45 milyon 290 min manatlıq əməliyyat mənfəətinin 44 milyon 387 min manatını ehtiyatlara ayırdığından 972 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” Banka istinadən xəbər verir ki, ötən illə müqayisədə cari ilin 9 ayında Bankın əməliyyat mənfəəti 14% azalıb. Belə ki, “XalqBank” cari ilin yanvar-sentyabr dövründə 38 milyon 129 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 25 milyon 51 min manatı ehtiyatlara ayırılıb. Ehtiyatlara ayırmanın ötən illə müqayisədə azalması Bankın xalis mənfətinin artması ilə nəticələnib.
Ötən ilin 9 ayı ilə müqayisədə “XalqBank”ın faiz gəlirləri 79 milyon 363 min manatdan 74 milyon 872 min manata, qeyri-faiz gəlirləri isə 19 milyon 226 min manatdan 9 milyon 398 min manata düşüb. Bankın hesabatından məlum olur Bankın kreditlərdən faiz gəlirləri və valyuta əməliyyatlarından gəliri azalıb.
“XalqBank”da müştərilərə verilmiş kreditlər və lizinqlər ötən ilin Sentybar ayının sonundakı 1 milyard 325 milyon 280 min manat səviyəsindən bu ilin Sentyabr ayının sonunadək 1 milyard 285 milyon 398 min manata geriləyib. Kreditlərin 795 milyon 198 min manatı xarici valyutadadır.
30 Sentyabr 2017-ci il tarixində “XalqBank” 1 milyard 805 milyon 244 min manat cəmi aktivlərə, 1 milyard 551 min 831 min manat cəmi öhdəliklərə və 253 milyon 413 min manat cəmi balans kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























