Metronun iki addımlığında yeni yaşayış kompleksi inşa edilir
“Kristal Abşeron” şirkəti bir-bir yaşayış komplekslərini sakinlərə təhvil verməklə bərabər, yeni yaşayış komplekslərinin tikintisinə də başlayır.
Bu günə qədər Bakı,Sumqayıt və Xırdalan şəhərlərində bir neçə yaşayış kompleksini təhvil verən şirkət, “Azadlıq 2” layihəsi üzrə yaşayış binasının tikintisinə başlayıb.
Yeni “Azadlıq 2” layihəsi 2 bloklu 16 mərtəbəli və mansardlı 1 binadan ibarətdir. Neoklassik üslubda fasadı olacaq binanın birinci mərtəbəsi qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulur.
Bu kompleksin inşasında da yüksək keyfiyyətli armaturlardan, kimyəvi qatqısız “B-25” betonundan istifadə olunur. Həmçinin bu kompleksin inşasında və mənzillərin təmirində Alman, İspan, İtalyan və Türk və s. brendlərinin məhsullarından istifadə ediləcəkdir.
“AZADLIQ” METROSUNUN İKİ ADDIMLIĞINDADIR
“Azadlıq 2”yaşayış kompleksinin gələcək sakinləri nəqliyyatdan əziyyət çəkməyəcəklər. Belə ki, “Azadlıq” metrosu bina ilə üzbə-üz ərazidədir. Metronun yaxın olmasından başqa, buradan şəhərin bir çox yerinə avtobus marşrutlarının işləməsi sakinlərin yola az vaxt sərf etməsinə şərait yaradır. Kompleks yaxınlığında bağça, məktəb, supermarketlər və s . iaşə obyektləri mövcuddur.
Yaşayış kompleksinin yerləşdiyi ərazidə asudə vaxtı keçirmək üçün hər şey mövcuddur. Belə ki, inşa edilən binanın həyəti ictimai parka açılır.
Yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər blokda 2 ədəd səssiz İtaliya istehsalı liftlər nəzərdə tutulub. Liftlərdən yeraltı parkinqə birbaşa enmək mümkün olacaqdır.
TAM TƏMİRLİ MƏNZİLİN 1m2 1380 MANATA
“Kristal Abşeron” şirkəti digər layihələrində olduğu kimi, “Azadlıq 2” layihəsində də mənzilləri tam təmirli təhvil verəcəkdir. Bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça)təqdim ediləcəkdir.
Tam təmirli mənzilləri nağd və ya 2 illik daxili kredit imkanı ilə əldə edə bilərsiniz. Hazırda mənzilin 1 kvadrat metrinin qiyməti 1380 manatdır. Mənzillərin brend məhsullar ilə yüksək keyfiyyətli və zövqlü təmirini nəzərə alsaq, bu qiymət çox münasibdir.
Layihələr barədə daha ətraflı: http://kristalabsheron.az/az/project/index/43
https://www.facebook.com/KristalAbsheron/?fref=ts
Tel:*1544, 0502941010, 0125636303
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat sonra
-
-
9 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
10 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















