“Bakı Fond Birjası ilk İPO-nu təşkil etməyə hazırdır”
Bakı Fond Birjası səhmlər üzrə ilk İPO-nu təşkil etməyə hazırdır.
“Marja” xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın kapital bazarları, imkanlar və perspektivlər” adlı konfransda Bakı Fond Birjasının (BFB) İdarə Heytinin sədri Vüqar Namazov bildirib.
“Bu gün BFB-də ən müasit infrastruktur qurulub. Birjanın əməliyyat sistemi bir göz qırpımında 25 min əməliyyatı icra etmək gücündədir. Biz investorlara demək olar ki, sıfır xərclərlə kapital bazarlarından sərmayə cəlb etməyi təklif edirik”,- o deyib.
İPO-səhmlərin ilkin kütləvi yerləşdirilməsidir. Şirkətlər səhmlərinin bir hissəsini Birja vasitəsilə investorlara sataraq sərmayə cəlb edə bilirlər.
ƏNƏNƏVİ ALƏTLƏR ÖZ FUNKSİYALARINI YERİNƏ YETİRƏ BİLMİR
"Son dönəmdə baş verən tendensiyalar göstərdi ki, artıq ənənəvi maliyyələşmə alətləri əvvəlki funksiyalarını qismən olaraq yerinə yetirməməyə başladı. Artıq bazarda alətlərin diversifikasiyası - həm maliyyələşmə, həm də investisiya alətlərinin diversifikasiyası üçün tələb yaranmağa başladı",-Vüqar Namazov deyib .
Onun sözlərinə görə, artıq kapital bazarlarına çıxmaq bir zərurətə çevrilib:
"Biz bu mərhələnin astanasındayıq. Biz əvvəllər müxtəlif şirkətlərə gedib kapital bazarlarına gəlməsi üçün onları inandırmağa, kapital bazarlarının üstünlüklərini anlatmağa çalışırdıq. Bu gün artıq şirkətlər özləri fond birjasının, kapital bazarı iştirakçılarının, investisiya şirkətlərinin, investorların qapısını döyərək vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üçün müxtəlif alətlər və imkanlar axtarırlar. Bu gün bazarda artıq iki hissə formalaşıb: biri izafi likvidliyin formalaşdığı, digəri isə bütövlükdə vəsaitlərə ehtiyacı olan hissədir. Məhz kapital bazarları alətləri vasitəsi ilə bu mexanizmləri canlandırmalıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
23 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
35 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
45 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq





















