Dollara təsir edəcək 2 mühüm faktor
Fed sədri və vergi islahatı
Mütəxəssislərə görə, ABŞ-ın vergi sistemindəki islahatlar və ABŞ Mərkəzi Bankına seçiləcək yeni “göyərçin” və ya “az şahin” sədr dollarda zəifliyə səbəb ola biləcək 2 əhəmiyyətli faktor olaraq önə çıxır.
Qeyd edək ki, maliyyə dünyasında, pul siyasətinin sərtləşdirilməsinin, o cümlədən faizlərin artırılmasının tərəfdarı olanlara "Şahin", yumuşaq pul siyasətinin, o cümlədən faizlərin aşağı saxlanılmasının tərəfdarı olanlara isə "Göyərçin" deyilir.
“Marja” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump-ın namizəd göstərəcəyi yeni Fed sədri və yeni sədrin "aşağı faiz" siyasətinə nə qədər inandığı əhəmiyyətli olacaqdır.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
Hazırkı sədr Janet Yellenin yerinə gəlməsi gözlənilən adlar arasında keçmiş Fed üzvlərindən Kevin Warsh da var. Warsh "şahin" bir siyasət tərəfdarı olaraq tanınır, bu da güclü faiz artımlarının müdafiəçisi ola biləcəyi mənasını verir. Ancaq bəzi treyderlər yeni sədrin aqressiv bir "şahin" olmayacağını hesab edirlər.
Mütəxəssislər bildirirlər ki, daha "şahin" bir Fed sədri riski ortadan qalxınca və Avropa Mərkəz Bankının monetar təşviqi azaltma zamanın dəqiqləşməsindən sonra dollardakı zəiflik davam edəcək. Avropa Mərkəzi Bankının pul siyasətini sərtləşdirməsi siyasətii nəticəsində dolların avro qarşısında dəyərdən düşəcəyi bildirilir. Qeyd edək ki, Avropa Mərkəzi Bank yumuşaq pul siyasətini sərtləşdirməyə, o cümlədən qiymətli kağızların alışını nəzərdə tutan monetar təşviqi azaltmağa başlamağa hazırlaşır.
VERGİ İSLAHATI
ABŞ Prezidenti Donald Trump yeni vergi islahatı təklifinin ana xəttlərini Sentyabr ayında açıqlamışdı. Yeni vergi islahatına görə, şirkətlər üçün 35% olan vergi 20%-ə endiriləcək.
KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ
Vergi endirimlərinin orta müddətdə büdcə kəsirinə səbəb olacağı üçün dollarda çox bahalaşma gözlənmir. Mütəxəssislər "Vergi dərəcəsində azalma şirkətlərin sərmayələrini dəstəkləyəcək, şirkətlər maaşları artırmaq yerinə maşın və avadanlıqlara sərmayə qoyacaqlar. Bu vəziyyət də inflyasiyadakı son yüksəlişi dayandıracaq və Fed-in faizin artırması planına da təsir edəcək" , - deyə bildirirlər. Maşşaların artırlmaması, istehlakın artmayacağı və inflyasiyanın yüksəlməyəcəyi deməkdir. İnflyasiya aşağı qaldıqca, mərkəzi banklar faiz artırmağa tələsmirlər.
ABŞ dolları mühüm pul vahidlərindən ibarət "səbət" qarşısında ilin əvvəlindən bəri 9% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






