Qiyməti bu il 2 manata yüksəlib, ancaq, bu da istehsalçıları qane etmir
Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, Astarada mövcud olan 650 hektar feyxoa bağından 476 hektarı bar verən, 174 hektarı isə yeni əkilən sahələrdir. Ötən il 548,8 hektar feyxoa bağından 5000 tona yaxın məhsul yığılıb. Hər hektardan 12 ton feyxoa əldə edilib.
Bu il isə 100 hektar sahədə yeni feyxoa bağları salınıb. Bağlardan 5500 ton məhsulun yığılması gözlənilir.
Yay mövsümündə havaların quraq keçməsi sitrus bağlarında məhsul istehsalına da təsir edib.
Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirir ki, yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq hava hökm sürdüyündən suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq məhsuldarlıq aşağıdır.
Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 2 manata yüksəlib. Ancaq, bu qiymət də məhsul istehsalçılarını qane etmir.
Buna baxmayaraq qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki hələlik bu il Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər.
Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.
Astarada feyxoa əkininə maraq ildən-ilə artır. Feyxoa bitkisini becərmək o qədər də ağır zəhmət tələb etmir. Onu hətta çay, limon, narıngi bitkisi üçün yararlı olmayan torpaq sahələrində də əkmək mümkündür.
Feyxoanı digər sitrus bitkiləri kimi şaxtadan qorumaq da lazım gəlmir, yalnız qarlı havalarda örtüklə bürümək lazımdır ki, qarın ağırlığı məhsuldar budaqları sındırmasın.
Tibbi əhəmiyyətinə gəldikdə isə, feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Tərkibi faydalı elementlərlə - yod, C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir, tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa və ondan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir. Müasir dövrdə yod çatışmazlığı, maddələr mübadiləsinin pozulması, yüksək təzyiq, qastrit, qalxanvari vəzi, pielonefrit kimi xəstəliklərdən əziyyət çəkənlərə feyxoa və ondan hazırlanmış məhsulları məsləhət görürlər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
40 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 57 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə

























