22 tondan çox balın satışına icazə verilmədi
Oktyabrın 10-da Bakı şəhəri, Nobel prospekti 23 ünvanda yerləşən "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.
Açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, bu gün keçirilən sayca 18-ci bal yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötən ildəkindən 78 nəfər çoxdur. Satışa 333 arıçı 107,5 ton bal, o cümlədən 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları təqdim olunub. Baxmayaraq ki, bu il arıçılar üçün bir qədər əlverişsiz mühit olub, bu amil arıçılıq məhsullarının da həcminə və keyfiyyətinə təsir göstərməyib. Bununla belə, həm alıcılar, həm də arıçılar tərəfindən sərgi–satış yarmarkasına böyük maraq var.
Nazir müavini Seyfəddin Talıbov qeyd edib ki, satış–sərgi yarmarkasının təşkilatçılığına bu dəfə Azərbaycan Arıçılar Assosiasiyası da cəlb edilib. Burada demək olar ki, respublikanın bütün iqtisadi rayonlarının nümayəndələri iştirak edirlər. Lənkəran zonasından ənənəvi olaraq iştirakçıların sayı çoxluq təşkil edir. Bütün zonalardan müxtəlif çeşiddə və keyfiyyətdə bal məhsulları sərgi-satış yarmarkasına çıxarılıb. Bu il də nazirlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilib.
Nazirliyin rəsmisi vurğulayıb ki, qiymətlər satıcılar tərəfindən tənzimlənir, təbii ki, keyfiyyətli balın qiyməti daha yüksəkdir. Nazirliyin əsas məqsədi odur ki, yarmarkaya tam standartlara uyğun məhsullar çıxarılsın.
Nazir müavini Seyfəddin Talıbov bildirib ki, hər il keçirilən yarmarkalarda olduğu kimi, bu il də sərgi daha da təkmilləşdirilərək həm istehsalçıların, həmdə alıcıların rahatlığının təmin edilməsi məqsədilə münbit şərait yaradılıb. Belə ki, yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə ayrı-ayrı tarixlərdə aparılıb. Şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçirilib. Püşkatma elektron sistemlə həyata keçirilib.
Nazir müavini diqqətə çatdırıb ki, bütün iştirakçıların təqdim etdiyi arıçılıq məhsullarından nümunələr götürülüb. Belə ki, 3376 nümunə Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb, 509 nümunə standartların tələblərinə uyğun olmadığı üçün satışdan kənarlaşdırılıb ki, bu da təqribən 22 tondan artıq süzülmüş bal deməkdir.
Nazir müavini Seyfəddin Talıbov vurğulayıb ki, alınan balın keyfiyyətinin yerində yoxlanılması məqsədilə yarmarkanın ərazisində səyyar laboratoriya quraşdırılıb. Alıcılar aldıqları balın keyfiyyətini yerində yoxlaya bilərlər.
Qeyd edək ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası noyabrın 5-nə kimi davam edəcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 13 saat sonra
-
-
7 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
7 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 9 saat əvvəl
-
13 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)
.jpg)





.jpg)







