Dollar ilə bağlı kritik məlumat açıqlandı
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 2010-cu ildən bəri ilk dəfə azalıb. Əmək Nazirliyinin məlumatlarına görə, məşğulluq "Harvey" və "İrma" qasırğalarının təsirilə Sentyabr ayında 33 min nəfər azalıb.
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, Sentyabrda ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 33 min azalıb. Məşğulluğun 80-100 min artacağı gözlənirdi. Beləliklə, açıqlanan fakt proqnozu qarşılamayıb. Məşğulluqda geriləmənin qasırğalar ilə bağlı olduğu bildirilir.
Sentyabrda işsizlik nisbəti 4,2%-ə düşüb. Bu, 16 ilin ən aşağı səviyyəsidir. İqtisadçılar işsizliyin 4.4%-də qalacağını gözləyirdilər.
ABŞ kənd təsərrüfatı xaric məşğulluq göstəricisi Fed-in 2017-ci il başa çatmadan 3-cü dəfə faiz artırıb-artırmayacağı barədə investorlara ipucu verir.
Orta hesabla saatlıq maaşlar aylıq 0.3%artım gözləntisinə qarşı 0.5% artıb, illik müqayisədə isə 2.5% yüksəliş gözlənərkən 2.9% artıb.
Avqust ayına dair kənd təsərrüfatı xaric məşğulluq rəqəmi isə165 mindən 164 minə dəyişdirilib.
DOLLAR BAHALAŞDI
Məlumatın açıqlanmasından sonra Dollar Avro qarşısında bahalaşıb və məzənnə 1.17 səviyyəsindən də aşağı düşüb (saat 16:43-də 1.1682). Analitiklər də, göstəricinin aşağı düşməsi vəziyyətində Dolların bahalaşacağını gözləyirdilər. Çünki Sentyabrda məşğulluqdakı geriləmə müvəqqəti - qasırğaların təsirilədir.
ABŞ tam məşğulluq hədəfinə yaxınlaşarkən,Fed rəsmiləri inflyasiyanın hədəfə yaxınlaşıb-yaxınlaşmayacağına dair işarələr axtarır. Mərkəzi Bank ilin sonuna qədər faiz artırımı olacağı gözləntisini qoruyub saxlayır, investor və analitiklər də Dekabr ayında Fed-in faizi artıracağını gözləyirlər.
Məşğulluq göstəricilərinin mənfi hava şərtləri səbəbilə bir neçə ay daha volatil ola biləcəyi bildirilir.
Məşğulluq göstəricilərinin açıqlanmasından sonra Fedin Dekabr ayında faiz artıracağı ehtimalı 75%-i keçib. Ehtimal orta saatlıq maaşların proqnozlardan çox artmsı ilə bağlı olaraq yüksəlib. Federal Açıq Bazar Komitəsinin 19 Sentyabrdakı toplantısında, 2017-də daha bir dəfə faiz artıracağına 50 faiz ətrafında ehtimal verilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)






