Yığımına başlanılıb, məhsul boldur

Bir müddətdir ki, İmişlidə şəkər çuğundurunun yığımına başlanılıb.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il rayonda 485 hektar sahədə çuğundur becərilib. Cari ildə fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. İndiyədək plantasiyalardan 3 min 148 tondan çox məhsul yığılıb.
Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 388 ton məhsul toplayıblar. Əldə olunan ilkin nəticələr göstərir ki, bu il məhsul daha çox olacaq.
TOVUZDA İLK DƏFƏ ƏKLİB
Tovuz rayonunda bu il 410 hektar sahədə şəkər çuğunduru əkilib. İlk dəfə əkilməsinə baxmayaraq, bütün aqrotexniki qulluq göstərilərək bol məhsul əldə olunub.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, sahibkarlar hələlik çuğundur əkilən sahələrdən 1500 ton məhsul toplayıblar. Sahələrdə bol məhsul var. Rayonda çuğundur yığımı davam edir.
Qeyd edək ki, şəkər çuğunduru əsasən rayonun Əyyublu, Düz Qırıqlı, Mülkülü və Hününlar kəndində becərilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
