"Elektron ticarətə ƏDV banklar üçün problem yaradacaq"
"Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişiklər əhatəlidir, sistemlilik baxımından digər ölkələrlə uyğunluq təşkil edir". Bunu "PwC Azerbaijan" audit şirkətinin vergi və hüquq partnyoru Maykl Ahern (Michael Ahern) deyib.
Onun sözlərinə görə, bütün ölkələr öz vergi qanunvericiliyini müasir dünyanın dəyişikliklərinə uyğunlaşdırmağa çalışır:
"Qeyd etmək istərdim ki, vergi qanunvericiliyi və qanunvericiliyin tətbiqi fərqli mövzulardır. Əsas diqqət məhz vergi qanunvericiliyinin tətbiqinə yönəlməlidir. Bu baxımdan Azərbaycanda vergi sahəsində edilən dəyişikliklər ölkənin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan çalışır ki, vergi gəlirləri böhrandan əvvəlki səviyyəyə qalxsın. Transfert qiymətləri, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi qaydaları və "vergi amnistiyası" daha şəffaf və korporativ vergi mühitinin yaradılması istiqamətində atılan əhəmiyyətli addım ola bilər".
Şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyev isə bildirib ki, Vergi Məcəlləsində dəyişikliyin olmasına baxmayaraq, bəzi maddələr bir-birinə uyğunlaşmır: "Hələ də bəzi açıq problemlər var. Biz öz müştərilərimizlə, yəni biznes nümayəndələri ilə görüşmüşük. Onlara da bildirdik ki, əsas problem işləyərkən üzə çıxır. Buna görə də təklif etmişik ki, hər hansı problemlə üzləşərkən, bu problemləri bizə təqdim etsinlər. Digər bir problem elektron ticarət sahəsindədir. Elektron ticarət zamanı əlavə dəyər vergisinin (ƏDV) hesablanması bank və kredit təşkilatları üçün problem yaradacaq. Çünki vergi mala görə yox, xidmətə görə hesablanmalıdır. Bunun üçün isə banklar xidmət sahəsini müəyyənləşdirmək üçün sistem yaratmalıdırlar".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






