"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
“Regional” BOKT MMC 2025-ci ili 215,3 min manat xalis mənfəətlə başa vururb. Bu göstərici 2024-cü ilə nisbətən 12,2 % çoxdur. 2024-cü ildə təşkilatın xalis mənfəəti 191,8 min manat təşkil etmişdi.
Marja.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, "Regional" BOKT əsas əməliyyat gəlirləri 2024-cü ildə 1 milyon 88 min manat ikən, 2025-ci ildə 1 milyon 718 min manata yüksəlib (630 min manat və ya 58% artıb). Həmçinin ötən il təşkilat 158 min manat digər gəlirlər də əldə edib.
Ötən il "Regional" BOKT-ın cəmi əməliyyat xərcləri 1 milyon 607 min manat təşkil edib (2024-cü ildə 1 milyon 165 min manat). Təşkilat keçən il 269 min manat ümumu mənfəət əldə edib, mənfəətdən 54 min manat mənfəət vergisi ödəyib.
"Regional" BOKT ötən ilin sonuna 6 milyon 587,8 min manat cəmi aktivlərə malik olub. Bu, illik müqayisədə 1 milyon 945,5 min manat (41,9%) çoxdur (2024-cü il - 4 milyon 642,3 min manat). BOKT-un əsas gəlir mənbəyi - kredit portfeli 799,3 min manat (19,1%) artaraq 4 milyon 975,3 min manata yüksəlib. Yaradılmış ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfelinin həcmi 4 milyon 833,3 manat təşkil edib.
Öhdəliklər isə 4 milyon 708,6 min manata bərabər olub ki, bu da illik müqayisədə 576,4 min manat (13,9%) çoxdur. 2025-cü ildə "Regional" BOKT qiymətli kağızlar bazarında aktiv iştirakını davam etdirmiş və ilk dəfə olaraq öz istiqrazlarını kütləvi şəkildə Bakı Fond Birjasında baş tutmuş hərrac vasitəsi ilə tam yerləşdirmişdir. Bu maddə üzrə təşkilatın öhdəlikləri 920 min manatdan 1 milyon 895 min manata yüksəlib.
2025-ci ildə mənfəətin artırılması "Regional" BOKT-un kapital mövqeyini də yaxşılaşdırıb. Eyni zamanda il ərzində BOKT-un nizamnamə kapitalı 500,1 min manatdan 1 milyon 600,1 min manata yüksəlmişdir (artım: 2,2 dəfə). 2025-ci ilin yekununa görə "Regional" BOKT-nın balans kapitalının həcmi 3,65 dəfə artaraq 1 milyon 879,2 AZN təşkil etmişdir.
"Regional" Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ilin maliyyə hesabatı (xülasə) Azərbaycan Respublikası Mərkəzi Bankının 01.08.2014-cü il tarixli BK-26 saylı xüsusi lisenziyası ilə fəaliyyət göstərir. Təşkilat öz fəaliyyətini dörd satış nöqtəsi vasitəsi ilə həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
-
27 d. əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
40 d. əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 43 d. əvvəl
-
1 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
2 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)















.jpg)


