“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
(®) Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.
Vergi ödəyiciləri üçün vacib olan səmərəliliyi isə SİMA rəqəmsal imza öz innovativ həlləri ilə təmin edir. Hazırda “SİMA İmza” ilə bütün vergi xidmətləri əlçatandır ki, bu da hesabatların təqdim olunması, müraciətlərin göndərilməsi, sənədlərin təsdiqlənməsi və digər vacib əməliyyatların operativ şəkildə həyata keçirilməsinə şərait yaradır.
SİMA rəqəmsal imzanı ilk dəfə əldə edən sahibkarlar və kommersiya qurumları qeydiyyat zamanı 6AYPULSUZ promokodunu daxil edərək, ilk 6 ay ərzində xidmətdən tamamilə ödənişsiz yararlana bilirlər. Güzəştli müddət bitdikdən sonra aylıq abunə haqqı 2.40 AZN və ya 3 illik alışda isə cəmi 55 AZN təşkil edir.
Ənənəvi elektron imzalardan fərqli olaraq, “SİMA İmza” biznes subyektlərinə hər hansı xidmət mərkəzinə getmədən, əlavə sənəd toplamadan və vaxt itirmədən biznes imzası əldə etmək imkanı yaradır. İstifadəçilər sadəcə mobil tətbiqi yükləyərək biometrik eyniləşdirmə vasitəsilə qeydiyyatdan keçir və dərhal biznes imza sertifikatına sahib olurlar.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.
“SİMA İmza” fərdi sahibkar həlli:
“SİMA İmza” hüquqi şəxs həlli:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb







.jpg)




.jpg)


.jpg)








