Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
İndiyədək ən böyük neft ehtiyatları bazara çıxarılacaqQlobal enerji təchizatının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyan Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA), Orta Şərqdəki münaqişələrin bir neçə gün öncə neft qiymətlərini 100 dolların üzərinə qaldırması ilə əlaqədar olaraq “ən güclü” kartını masaya qoyur.
Marja.az xəbər verir ki, "Wall Street Journal"ın (WSJ) mövzuya yaxın səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, IEA tarixinin ən böyük rezerv sərbəst buraxma əməliyyatını (neft ehtiyatlarının sərbəst buraxılması və ya neft ehtiyalarının bazara çıxarılması) planlaşdırır.
Bu addımın miqyası bazarlara göndərilən mesajın ciddiliyini də ortaya qoyur. WSJ xəbərində diqqət çəkilən əsas məqamlar bunlardır:
Təklif olunan həcm, IEA üzv ölkələrinin 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibə zamanı bazara buraxdığı 182 milyon barelik rekord səviyyəni də aşacaq.
Plan, ABŞ-İsrail-İran xəttindəki müharibənin yaratdığı təchizat narahatlıqlarını aradan qaldırmaq və qlobal inflyasiya təzyiqlərini yüngülləşdirmək məqsədini daşıyır.
Hörmüz boğazındakı tıxanma və Səudiyyə Ərəbistanı və İraq kimi iri istehsalçıların məcburi olaraq hasilatı azaltmağa getdiyi bir mühitdə, IEA-nın bu təklifi bazarlar üçün “kritik bir xilasedici halqa” kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, bu ölçüdə bir müdaxilə neft qiymətlərindəki yüksəliş trendini qısa müddətdə qırmaq potensialına malikdir. Lakin əməliyyatın uğuru, üzv ölkələrin bu böyük sərbəst buraxmaya nə qədər sürətlə qoşulacağına və bölgədəki hərbi gərginliyin gedişatına bağlı olacaq.
Bu təklif dünən keçirilən G-7 Maliyyə Nazirləri toplantısında rezervlərin sərbəst buraxılmasının müzakirəsindən dərhal sonra gəlib. Əməliyyat Fatih Birolun koordinasiyası ilə həyata keçiriləcək və bu, Qərb müttəfiqlərinin enerji savaşında birgə hərəkət etməyə hazır olduqlarını simvolizə edir.
Xəbərin ardınca xam neft qiymətləri düşüb.Bakı vaxı ilə saat 08:54-ə olan məlumata görə, Brent nefti 1,32% ucuzlaşma ilə 86,64 dollara ticarət olunub. ABŞ xam neftinin qiyməti də 83 dollar səviyyələrinə geriləyib.
XXX
Orta Şərqdəki münaqişənin yaratdığı təchizat şokunu yüngülləşdirmək məqsədilə Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA)) tərəfindən indiyədək ən böyük neft ehtiyatlarının sərbəst buraxılması (bazara çıxarılması) təklifinin müzakirə olunduğu barədə xəbər yayılıb.
"Wall Street Journal"ın məlumatına görə, IEA-nın planı 2022-ci ildə Rusiyanın Ukraynaya işğalından sonra bazara buraxılan 182 milyon bareldən daha çox neftin sərbəst buraxılmasını nəzərdə tutur. Xəbərin ardınca xam neft qiymətləri düşüb.
Bakı vaxı ilə saat 08:54-ə olan məlumata görə, Brent nefti 1,32% ucuzlaşma ilə 86,64 dollara ticarət olunub.
Dünya nefti və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı su yolunda gəmi trafiki demək olar ki, dayanıb.
Dünən ABŞ Prezidenti Donald Tramp müharibənin böyük ölçüdə başa çatdığını və tezliklə bitəcəyinə dair açıqlamalar vermişdir. Bu açıqlamalar 120 dollara yaxınlaşmış neftin qiymətinin 91 dollar səviyyələrinə düşməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
9 d. əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
- 12 d. əvvəl
-
14 d. əvvəl
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
- 17 d. əvvəl
-
20 d. əvvəl
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
-
23 d. əvvəl
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
- 39 d. əvvəl
-
46 d. əvvəl
Bankdan sahibkarlara böyük dəstək – 200 000 AZN-dək mikro və aqro kredit imkanı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
Ən çox oxunanlar
"BOA Agency"də iclasın keçiriləcəyi tarix dəyişdirilib
Azərbaycanın tekstil şirkətinin mayası kəskin azaldıldı - 4,7 MİLYON MANATLIQ KİÇİLMƏ
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA






















