Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
Odero (Token Azərbaycan) ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatıdır.(®) Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti Odero (Token Azərbaycan MMC), Visa tərəfindən təqdim edilən “Visa Ready Full” sertifikasiyasını tamamlayaraq “Visa Certified Payment Facilitator” statusunu alıb.
Bu sertifikat, yalnız Visa-nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur.
Qeyd edilən sertifikat xüsusilə turizm, rent a car və otel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır.
Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə Visa standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, Odero ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər.
Odero-nun Baş Direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
6 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

















.jpg)






