Milli süni intellekt məhsulu sozly.ai istifadəyə verildi
(®) Azərbaycan şirkəti "BIRAİNY" MMC, şirkət və qurumlar üçün xüsusi hazırlanmış milli süni intellekt məhsulu Sozly.ai-ni təqdim edir.
Sozly.ai -ın əsas xüsusiyyətləri:
• Tam oflayn işləmə imkanı – internet bağlantısı tələb etmir
• Lokal serverlərdə emal – şirkətin bütün məlumatlar yalnız şirkətin daxili infrastrukturunda emal olunur
• Buluddan asılı deyil – məlumatlar sistem xaricinə çıxmır
• Maksimum məxfilik – data sızması riskini minimuma endirir
• Multimodal AI imkanları – mətn, səs və sənəd əsaslı emal funksiyaları
• Korporativ istifadə üçün optimallaşdırılıb

Vahid platformada birləşən Sozly.ai ekosistemi biznes proseslərini avtomatlaşdıran 4 əsas modulu özündə birləşdirir:
- Sozy Knowledge AI:
Müəssisənin daxili Word, PDF və digər faylları əsasında işləyən, Azərbaycan dilində yüksək dəqiqliklə cavab verən, təhlükəsiz və tam oflayn bilik bazası və sual-cavab sistemi.
- Sozly Voice AI:
Səsi mətnə çevirən (speech-to-text), oflayn rejimdə ağıllı xülasə və parafraz analitikası təqdim edən, Azərbaycan dilində müxtəlif ləhcə və tələffüz variasiyalarını (mükəmməl anlaya bilən) NLP əsaslı modellərlə tanıya bilən süni intellekt sistemi.
- Sozly Translator AI:
Məxfi sənədlərin təhlükəsizliyini tam qoruyaraq, 52 dil arasında enterprise səviyyəli, yüksək dəqiqlikli və real vaxt rejimində lokal server üzərində işləyən, tam oflayn avtomatik tərcümə xidməti təqdim edən süni intellekt həlli.
- Sozly Grammar AI
Azərbaycan dilində rəsmi və korporativ mətnlərdəki qrammatik və orfoqrafik səhvləri yüksək dəqiqliklə aşkarlayan, tam oflayn rejimdə redaktə və stil təkmilləşdirmə təklifləri verən AI əsaslı dil yoxlama sistemi.
Sozly platforması modullarla məhdudlaşmır. Sistem müəssisələrin daxili proseslərini optimallaşdırmaq və avtomatlaşdırmaq üçün konfiqurasiya edilə bilən AI agent əsaslı süni intellekt arxitekturası üzərində qurulub.
- Tapşırıq əsaslı avtomatlaşdırma
- Agentlərarası koordinasiya
- Daxili sistemlərlə inteqrasiya imkanı
- Tam oflayn və lokal icra mühiti

Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış Sozly süni intellekt platforması dünyanın aparıcı texnologiya şirkətlərindən olan NVIDIA Inception Program-ın rəsmi üzvüdür.
Sozly platforması 7 müxtəlif qurum və şirkətdə real iş mühitində uğurla tətbiq olunaraq müsbət nəticələr göstərib. Hazırda isə əlavə 5 təşkilatda sistemin tətbiqi mərhələsi davam edir.
Ətraflı məlumat üçün www.sozly.ai saytına daxil ola və ya +994 55 613 13 17 nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

“Müasir müəssisələr üçün məlumat təhlükəsizliyi prioritetdir. Sozly tam oflayn və lokal işləmə prinsipi ilə korporativ AI həllərinə yeni yanaşma təqdim edir. NVIDIA Inception üzvlüyü isə inkişaf strategiyamızın beynəlxalq texnologiya standartlarına uyğun olduğunu təsdiqləyir” - Sozly.ai məhsulunun yaradıcısı "BIRAİNY" MMC-nin təsisçisi və direktoru Fuad Tağıyev bildirib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
8 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı























