Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
Unibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib.
Bankdan Marja.az-a daxil olmuş məlumatda bildirilri ki, bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
Qeyd edilib ki, il ərzində təqdim olunan kreditlərin əsas hissəsi yaşıl nəqliyyatın maliyyələşdirilməsinə yönəlib. Belə ki, 4 040 000 manat məbləğində 13 kredit məhz yaşıl nəqliyyat üzrə maliyyələşdirməni əhatə edib. Bu kreditlər daha səmərəli və ekoloji baxımdan üstün nəqliyyat həllərinin genişlənməsinə töhfə verərək, karbon emissiyalarının azaldılması istiqamətində müsbət təsir yaradır.
Yaşıl nəqliyyat portfeli daxilində Yango layihəsi xüsusi paya malikdir. Layihə çərçivəsində 3 245 000 manat məbləğində 8 kredit təqdim olunub.
Vurğulanıb ki, bununla yanaşı, 405 000 manat məbləğində 1 kredit tibb mərkəzində avadanlıqların yenilənməsinin maliyyələşdirilməsi məqsədilə verilib. Yenilənən avadanlıqlar elektrik enerjisinə əhəmiyyətli qənaət edilməsinə töhfə verərək, enerji səmərəliliyinin artırılmasını dəstəkləyir.
“Unibank”ın 2025-ci ildə təqdim etdiyi yaşıl kreditlər bankın Dayanıqlılıq Strategiyası və ona əsaslanan Dayanıqlılıq Siyasəti ilə birbaşa uzlaşır. Bank dayanıqlı maliyyə həllərini genişləndirməklə, ölkənin yaşıl iqtisadiyyat gündəliyinə, iqlim öhdəliklərinə və enerji səmərəliliyi istiqamətində hədəflərinə töhfə verməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








