Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclis "Patent haqqında" qanuna çoxsaylı dəyişiklikləri son oxunuşda qəbul edib.

Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Reklam_3_11

Sənədə əsasən, qanuna beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

Bildirilib ki, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanun layihəsinə görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi nəzərdə tutulur.

Həmçinin, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. Hazırkı qanunvericiliyə əsasən Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər. Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır.

Qanun layihəsi patent göstəriciləri üzrə ölkənin beynəlxalq reytinqinin artmasına xidmət edəcək və iddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsində üzləşdikləri texniki çətinlikləri azaldacaq.

Sənəddə vurğulanıb ki, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəklər.

Dəyişiklik layihəsi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını özündə ehtiva edir.

Beləliklə, qanun layihəsi:

- ölkədə ixtira və patent fəallığını yüksəldəcək;

- patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;

- ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək;

- Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;

- əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Patent haqqında qanun dəyişiklikləri Azərbaycan patent qanunvericiliyi Milli Məclis patent qanunu ixtira patent prosedurları patent ekspertizası müddətinin azaldılması sənaye nümunəsi patentləşdirilməsi faydalı model qeydiyyatı Azərbaycan milli patent ofisi patent müraciət qaydaları Azərbaycan xarici iddiaçılar üçün patent prosedurları patent müvəkkili tələbləri dəyişiklikləri əqli mülkiyyət hüquqları Azərbaycan müəllif qonorar hüquqları ixtira patent gəlirlərinin bölüşdürülməsi ÜTT tələblərinə uyğun patent qanunu sənaye mülkiyyəti qanunvericiliyi əmtəə nişanı və coğrafi göstəricilər qanunu Azərbaycanda innovasiya fəaliyyəti Qlobal İnnovasiya İndeksi Azərbaycan ixtira fəaliyyətinin təşviqi patent müraciətlərinin sadələşdirilməsi əqli mülkiyyət islahatları Azərbaycanda patent fəallığı
10.02.2026 12:21

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18