Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR AQŞ" İraqda layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edir.

Bunu "SOCAR AQŞ"nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.

Onun sözlərinə görə, "SOCAR AQŞ" biznesini genişləndirmək məqsədilə regiondakı müxtəlif tenderlərdə iştirak edir: "Misal olaraq İraqı göstərmək olar. Hazırda regionun özəl operatorlarından biri olan "Crescent Petroleum" ilə bu ölkədə bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindəyik. Layihənin həcmi "1+4" quyudan ibarətdir. İlk quyu kəşfiyyat quyusu olacaq və hər şey uğurlu keçərsə, hasilat nəticələri müştərinin gözləntilərinə cavab verərsə, daha dörd quyu qazılacaq. Bundan əlavə, "Basra Oil Company" (BOC) ilə əməkdaşlıq çərçivəsində 2000 at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edirik. Bu müqavilə qurğuların istismarı ilə həyata keçiriləcək".

O qeyd edib ki, şirkərin Türkiyə və İraqdakı layihələri onun güclü beynəlxalq təcrübəsini aydın şəkildə nümayiş etdirir: "Bu, eyni zamanda, regionumuz da daxil olmaqla, dünya miqyasında təhlükəsiz və yüksək keyfiyyətli qazma xidmətləri göstərmək öhdəliyimizi bir daha təsdiqləyir".

Qeyd edək ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

İş elanları AzVak.az-da

© "Report"

SOCARAQŞ SOCARAQŞİraq SOCARAQŞtender SOCARqazmalayihələri İraqneftqazsektoru CrescentPetroleum BasraOilCompany BOCqazmalayihəsi kəşfiyyatquyusu hasilatquyuları neftqazqazma xaricilayihələr SOCARbeynəlxalqfəaliyyət qazmaxidmətləri neftqazsənayesi enerjilayihələri qazmatexnologiyaları SOCARpodratçıxidmətləri qazmaqurğuları 2000atgücüqurğular regionalenerjilayihələri qlobalqazmasənayesi IADCüzvlüyü neftqazinnovasiyası SOCARNobelEnergy AbşeronQazma enerjitəhlükəsizliyi neftqazpodratçıları Azərbaycanenerjisektoru
05.02.2026 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18