Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Epoint Gürcüstan ərazisində bank kartları ilə ödənişlərin qəbulu (acquiring) xidmətlərini göstərmək üçün Gürcüstan Milli Bankından rəsmi lisenziya alıb. Bununla da Gürcüstan şirkətin beynəlxalq genişlənmə strategiyası çərçivəsində ilk xarici bazarı olub.

Epoint komandası təxminən bir il ərzində məhsulun Gürcüstan bazarının tələblərinə uyğunlaşdırılması, bank inteqrasiyalarının həyata keçirilməsi, eləcə də zəruri hüquqi və tənzimləyici sənədlərin hazırlanması üzərində çalışıb. Hazırlıq mərhələsi uğurla başa çatdıqdan sonra şirkət Gürcüstanda rəsmi fəaliyyətə başlayıb.

Əldə olunan lisenziya Epoint-in həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən tərəfdaşlarına tək bir texniki inteqrasiya vasitəsilə hər iki ölkədə kartla onlayn və yerində ödənişləri qəbul etmək imkanı yaradır. Bu yanaşma regional sahibkarlar üçün əməliyyat proseslərini əhəmiyyətli dərəcədə sadələşdirir və xərcləri azaldır.

Gürcüstan bazarına çıxış Epoint üçün regional inkişafın yeni mərhələsi kimi qiymətləndirilir.

“Gürcüstan bazarına çıxış Epoint üçün beynəlxalq genişlənmə strategiyamızın mühüm mərhələsidir. Məqsədimiz region üzrə bizneslər üçün vahid, çevik və təhlükəsiz ödəniş infrastrukturu qurmaqdır. Bu lisenziya ilə həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən tərəfdaşlarımız tək bir texniki inteqrasiya vasitəsilə kartla onlayn və yerində ödənişləri qəbul edə biləcəklər,” — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.

Ətraflı məlumat üçün:

epoint.az

+99470 242 99 66

[email protected]

Epoint fintex Azərbaycan fintex-şirkəti Gürcüstan bazar lisensiya acquiring ödənişlər bank-kartları onlayn-ödənişlər POS-ödənişlər ödəniş-infrastrukturu bank-inteqrasiyası elektron-ödənişlər regional-genişlənmə beynəlxalq-bazar maliyyə-texnologiyaları ödəniş-sistemləri fintex-xidmətləri ödəniş-həlləri sahibkarlıq biznes-ödənişləri ödəniş-texnologiyası bank-sektoru nağdsız-ödənişlər startap regional-inkişaf ödəniş-platforması texnoloji-inteqrasiya
04.02.2026 08:25

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18