ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ilin ilk faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini mövcud səviyyədə, yəni 3,50%–3,75% intervalında sabit saxlayıb. Proqnoz da FED-in faizlərini sabit saxlayacağı istiqamətində idi.
FED-in qərarı qiymət sabitliyi və maksimum məşğulluq hədəfləri, eləcə də iqtisadi göstəricilər əsasında formalaşıb.
FED sonuncu dəfə 10 dekabrda faiz intervalını 25 baza bəndi (0.25 faiz bəndi) endirmişdi. Hazırda FED-in siyasət faizi 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədədir.
Bakı vaxtı ilə saat 23:30-da isə FED sədri Ceron Pauelin mətbuat konfransı başlayacaq. Analitiklər FED sədri Jerome Powell-in qərardan sonra verəcəyi açıqlamalar qiymətlər üçün çox vacib olacağını bildirir və bu kontekstdə bazar dəyişkənliyinin arta biləcəyi barədə xəbərdarlıq ediblər.
ABŞ Prezident FED-dən faizləri kəskin şəkildə endirməsini dəfələrlə tələb edib. Donald Tramp bildirib ki, Fed faizləri yavaş azaldıb və monetar şəraiti yumşaltmaqda gecikib. Trampın FED sədri Jerome Powell-ə yönələn təzyiqləri Mərkəzi Bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb, bu da ABŞ istiqrazları və dolların satışa çıxarılmasına səbəb olub. Mövcud FED sədri Jerome Powell-in müddəti may ayında başa çatır və Tramp yaxın aylarda Powell-in yerinə namizədi elan etməyi planlaşdırır. Yeni sədrin Trampın istəyilə faizləri azaldacağı gözlənilir.
Tramp Çin və Yaponiya ilə mübarizə apardığını, çünki onların valyutalarını devalvasiya etmək istədiklərini bildirib və əlavə edib ki, bu, ədalətsizdir və valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.
İş elanları AzVak.az-da
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların “əla vəziyyətdə” olduğunu bildirib.
Marja.az xəbər verirk i, Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.
Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.
Tramp, “Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir”, – deyə qeyd edib.
Çin və Yaponiyanın valyutalarını devalvasiya etmək istədiklərini xatırladan Tramp, bu səbəbdən keçmişdə həmin ölkələrlə ciddi mübarizə apardığını bildirib. O vurğulayıb ki, bu, ədalətli deyil, çünki onlar valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.
Tramp qeyd edib ki, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bunun ədalətli proses olduğunu bildirib.
ABŞ Prezidenti, “(Dolları) yo-yo kimi (klassik oyuncaq - red) yuxarı və ya aşağı hərəkət etdirə bilərdim”, – deyə əlavə edib.
Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.
Beynəlxalq bazarlarda avro/dollar məzənnəsi isə 1,20 səviyyəsinə yüksələrək 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.