Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

2025-ci ildə “Xalq Bank”ın cəmi gəlirləri 280 milyon 978 min manat, xalis mənfəəti 61 milyon 81 min manat təşkil edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə “Xalq Bank”ın maliyyə nəticələri gəlir və aktivlər üzrə müsbət dinamika nümayiş etdirsə də, artan əməliyyat xərcləri fonunda xalis mənfəətdə azalma qeydə alınıb.

Marja xəbər verir ki, 2025-ci ilin yanvar–dekabr aylarında “Xalq Bank”ın xalis mənfəəti 61 milyon 81 min manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 65 milyon 721 min manat ilə müqayisədə 4 milyon 640 min manat və ya 7,1 faiz azdır. Xalis mənfəətdəki geriləmə bankın gəlir yaratma qabiliyyətinin zəifləməsindən deyil, əsasən faiz və qeyri-faiz xərclərinin artmasından qaynaqlanıb. Bu, bankın əməliyyat miqyasını böyütdüyünü, lakin həmin böyümənin mənfəət marjasına təzyiq etdiyini göstərir

Reklam_3_11

Gəlirlər: faiz və qeyri-faiz gəlirlərində güclü artım

2025-ci ildə bankın faiz gəlirləri 228 milyon 641 min manata çatıb. Bu, 2024-cü ildəki 183 milyon 965 min manatla müqayisədə 44 milyon 676 min manat və ya 24,3 faiz artım deməkdir. Faiz gəlirlərindəki əhəmiyyətli artım kreditləşmə və faiz gətirən aktivlərin effektiv idarə olunduğunu göstərir. Buna baxmayaraq, paralel olaraq faiz xərclərinin daha sürətlə artması faiz marjasını zəiflədib.

Qeyri-faiz gəlirləri isə 42 milyon 816 min manatdan 52 milyon 337 min manata yüksələrək 9 milyon 521 min manat və ya 22,2 faiz artıb. Bu dinamika bankın komissiya gəlirləri, xidmət haqları və digər əməliyyatlardan gəlir əldə etmə qabiliyyətinin gücləndiyini göstərir. Qeyri-faiz gəlirlərinin artması gəlir mənbələrinin şaxələndirilməsi baxımından müsbət tendensiya hesab olunur.

Beləliklə, “Xalq Bank”ın cəmi əməliyyat gəlirləri 2025-ci ildə 280 milyon 978 min manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 226 milyon 781 min manat ilə müqayisədə 54 milyon 197 min manat və ya 23,9 faiz yüksəkdir. Əməliyyat gəlirlərindəki artım bankın əsas fəaliyyətinin genişləndiyini və bazar payını qoruduğunu göstərir. Lakin bu artım xərclərin daha yüksək templə yüksəlməsi fonunda xalis mənfəətə tam çevrilməyib.

Xərclər: xüsusilə faiz xərclərində kəskin yüksəliş

2025-ci ildə bankın faiz xərcləri 97 milyon 363 min manata yüksəlib. 2024-cü ildə bu göstərici 50 milyon 143 min manat idi. Nəticədə, faiz xərcləri 47 milyon 220 min manat və ya 94,2 faiz artıb. Faiz xərclərindəki kəskin artım depozitlər və digər cəlb olunmuş vəsaitlər üzrə faiz yükünün ciddi şəkildə yüksəldiyini göstərir. Bu faktor bankın xalis faiz gəlirlərinə və mənfəətinə əsas təzyiq mənbəyi olub.

Qeyri-faiz xərcləri isə 99 milyon 474 min manatdan 115 milyon 97 min manata yüksələrək 15 milyon 623 min manat və ya 15,7 faiz artım göstərib. Qeyri-faiz xərclərinin artımı əməliyyatların genişlənməsi, personal (əməkhaqqı), inzibati və digər xərclərin yüksəlməsi ilə əlaqədrdır. Artım tempinin gəlir artımından aşağı olması müsbət hesab edilsə də, ümumi xərclər yükü hələ də yüksəkdir.

Bununla da bankın cəmi əməliyyat xərcləri 149 milyon 617 min manatdan 212 milyon 460 min manata yüksəlib. Artım 62 milyon 843 min manat və ya təxminən 42 faiz təşkil edib. Əməliyyat xərclərinin gəlirlərdən daha sürətlə artması bankın mənfəətliliyini məhdudlaşdıran əsas amildir. Bankın əməliyyat xərclərindəki artım əməliyyat gəlirlərindəəki artımdan 8 milyon 646 min manatyüksək olub. Nəticədə "Xalq Bank"ın əməliyyat gəliri 77 milyon 164 min manatdan 68 milyon 518 min manata geriləyib.

Ehtiyatlardan azadolma: müsbət təsir davam edir

2025-ci ildə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan 6 milyon 340 min manat azad edilib. Bu, 2024-cü ildəki 5 milyon 503 min manatla müqayisədə 837 min manat və ya 15,2 faiz çoxdurbankın maliyyə nəticələrinə müsbət təsir göstərib. Ehtiyatlardan azadolmanın artması kredit portfelinin keyfiyyətinin nisbətən stabil qaldığını və risklərin idarə olunduğunu göstərir.

Aktivlər və kredit portfeli

2025-ci ilin sonuna “Xalq Bank”ın cəmi aktivləri 3 milyard 184 milyon 467 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 115 milyon 622 min manat və ya 3,8 faiz artıb (2024: 3 milyard 68 milyon 845 min manat). Aktivlərin artımı bankın bazardakı mövqeyini qoruduğunu və balansını genişləndirdiyini göstərir.

Ötən il "Xalq Bank" digər banklardakı depozitlərini 80 milyon manat və ya 52,1%  artıraraq 233 milyon 448 min manata, qiymətli kağızlara investisiylarını isə 162 milyon 266 min manat və ya 4 dəfəyə yaxın artıraraq 218 milyon 102 min manata çatdırıb. 

Eyni zamanda, kredit portfeli cüzi azalaraq 1 milyard 887 milyon 236 min manatdan 1 milyard 847 milyon 435 min manata enib. Azalma 39 milyon 801 min manat və ya 2,1 faiz təşkil edib. Kredit portfelinin azalması bankın daha ehtiyatlı kredit siyasəti apardığını və riskləri balanslaşdırmağa çalışdığını göstərir.

Depozit portfeli: hüquqi şəxslərin payı artıb

2025-ci ilin sonuna "Xalq Bank"ın depozit portfeli 1 milyard 921 milyon 264 min manat olub. Bu, 2024-cü illə müqayisədə 15 milyon 901 min manat və ya 0,8 faiz artım deməkdir.

Depozitlərin strukturunda fərqli dinamika qeydə alınıb:

Fiziki şəxslərin depozitləri 948 milyon 270 min manatdan 834 milyon 924 min manata düşərək 113 milyon 346 min manat və ya 11,9 faiz azalıb.

Hüquqi şəxslərin depozitləri isə 957 milyon 93 min manatdan 1 milyard 86 milyon 340 min manata yüksəlib. Artım 129 milyon 247 min manat və ya 13,5 faiz təşkil edib. Depozitlərin strukturunda hüquqi şəxslərin payının artması bankın korporativ müştərilər üzrə mövqeyinin gücləndiyini göstərir.

Kapital: möhkəmlənmə davam edir

2025-ci ilin sonuna “Xalq Bank”ın məcmu kapitalı 494 milyon 814 min manat olub. Bu göstərici 2024-cü ilin sonundakı 462 milyon 970 min manat ilə müqayisədə 31 milyon 844 min manat və ya 6,9 faiz artıb. Kapitalın artması bankın maliyyə dayanıqlığının və tənzimləyici tələblərə uyğunluğunun gücləndiyini göstərir.

Nəticə etibarilə, 2025-ci ildə “Xalq Bank” gəlirlər, aktivlər və kapital üzrə artım nümayiş etdirsə də, xüsusilə faiz xərclərinin kəskin yüksəlməsi xalis mənfəətin azalmasına səbəb olub. Bununla yanaşı, hüquqi şəxslərin depozitlərinin artması və kapitalın möhkəmlənməsi bankın maliyyə dayanıqlığının qorunduğunu göstərir. Gələcək dövrdə xərclərin optimallaşdırılması bankın əsas prioritetlərindən biri olacaq.

İş elanları AzVak.az-da

Xalq Bank 2025 maliyyə nəticələri Xalq Bank xalis mənfəət azalması Xalq Bank gəlirləri Xalq Bank faiz gəlirləri Xalq Bank qeyri-faiz gəlirləri bank əməliyyat xərcləri faiz xərclərinin artımı bank mənfəət marjası Azərbaycan bank sektoru kommersiya bankları 2025 bank maliyyə hesabatı Xalq Bank aktivləri bank aktivlərinin artımı kredit portfeli azalması bank kredit siyasəti depozit portfeli hüquqi şəxslərin depozitləri fiziki şəxslərin depozitləri bank kapitalının artımı məcmu kapital bank maliyyə dayanıqlığı ehtiyatlardan azadolma kredit risklərinin idarə olunması bank əməliyyat gəlirləri faiz marjasının zəifləməsi bank xərclərinin optimallaşdırılması Marja xəbərləri
26.01.2026 08:08

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18