Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya” ilə NDC (“New Distribution Capability”) standartına əsaslanan “FLX Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilibki, bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.

“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.

“FLX Select” eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.

“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.

AZAL Azərbaycan Hava Yolları AZCON Holding Accelya NDC New Distribution Capability FLX Select pərakəndə satış modeli turizm agentlikləri onlayn platformalar distribusiya modeli tariflər əlavə xidmətlər paylanma satış ekosistem qlobal turizm satıcıları aqreqatorlar FLX ONE AWS Amazon Web Services bulud infrastrukturu miqyaslana bilmə təhlükəsizlik T2RL aviasiya sənayesi.
22.01.2026 16:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18