Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Toyuq əti və yumurtanın özəllikləri: Miflərə qarşı reallıqlar
Bu gün dünyada istehlak edilən ümumi ətin 40 faizindən çoxunu toyuq əti təşkil edir. Ölkəmizdə isə hər bir insan il ərzində orta hesabla 20–22 kiloqram toyuq əti və 250-dən çox yumurta istehlak edir. Toyuq əti və yumurtasına tələbin əsasında hər iksinin yüksək bioloji dəyərə malik, keyfiyyətli zülal mənbələri olması dayanır. Xüsusilə yumurta ana südündən sonra insan orqanizmi tərəfindən ən yaxşı qəbul olunan zülala malikdir, toyuq əti isə az yağ tərkibi, yüksək həzm olunma qabiliyyəti və balanslı əsas aminturşusu tərkibi ilə münasib bir profil təqdim edir.
Bəs süfrəmizə bu qədər tez-tez gələn bu məhsullar haqqında nə qədər doğru məlumata malikik? Yaxud eşitdiklərimizin nə qədəri doğrudur? Təəssüf ki, toyuq yetişdirilməsində genetika, qidalanma və texnologiya sahəsindəki inkişafların yanlış təfsir olunması bəzən istehlakçılar arasında tərəddüdlər yarada bilir. Buna görə də hər hansı bir mövzu barədə fikir bildirərkən və ya məlumat axtararkən mütəxəssis fikrinə və elmi mənbələrə əsaslanmaq lazımdır. Elm şəxsi fikirlərə deyil, sübutlara, təcrübələrə və təkrar edilə bilən nəticələrə əsaslanır. Buna görə də bir iddianın doğru olub-olmadığını qiymətləndirərkən onun elmi olaraq test olunub-olunmadığına baxmaq lazımdır.
İndi bu iddialardan bir neçəsinə nəzər salaq.
Ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə genetik seleksiya, balanslı qidalanma, yaxşı idarə olunan mühit şəraiti və xəstəlik nəzarəti sayəsində əldə olunan bir məhsuldarlıq uğurudur. Ətlik cücələr 1950-ci illərdən bəri aparılan seleksiya işləri nəticəsində daha sürətli böyüyən, yemi daha yaxşı mənimsəyən və daha çox əzələ inkişaf etdirən cinslərdən seçilərək formalaşdırılıb. Bu, təbii seleksiyanın müasir üsullarla sürətləndirilmiş formasıdır. Həmçinin ətlik cücələr elmi tədqiqatlara əsaslanaraq hazırlanmış yem rasionları ilə qidalanırlar. Bundan əlavə, havalandırma, işıqlandırma, yerləşmə sıxlığı kimi ətraf mühit amilləri heyvan rifahı və məhsuldarlığı optimallaşdırmaq üçün tam nəzarət olunan sistemlərdə idarə olunur.
Nəticə olaraq, ətlik cücələrin sürətli böyüməsi tamamilə təbii fizioloji inkişaf qabiliyyəti və elmi idarəetmə sayəsində baş verir.
Azərbaycanda ətlik cücələrə və yumurta toyuqlarına hormon verilməsi qanunla qadağandır, elmi və texniki baxımdan da mümkün deyil. Mümkün deyil, çünki təsirli bir nəticə əldə etmək üçün ya hər gün heyvanlara inyeksiya edilməlidir ki, bu da həm praktik, həm də maliyyə baxımından qeyri-mümkündür, ya da hormone yemin tərkibinə qatılmalıdır ki, bu da işə yaramaz, çünki hormonal molekullar heyvanların həzm sistemində, xüsusilə də mədənin aşağı pH səviyyəsində parçalanır. Bundan başqa, ətlik cücələr genetik olaraq sürətli böyüməyə uyğunlaşdırılmış cinslərdən olduğu üçün hormon istifadəsinə ehtiyac yoxdur.
Xülasə, hormon istifadəsi qanuni baxımdan qadağandır, elmi baxımdan lazımsızdır, texniki baxımdan mümkün deyil və iqtisadi baxımdan məntiqsizdir.
Eyni şəkildə böyümə məqsədilə antibiotiklərdən də istifadə edilə bilməz. Ölkəmizdə və Avropa Birliyində antibiotiklərin böyümə faktoru kimi istifadəsi qadağan olunmuşdur. Antibiotiklər yalnız baytar həkimin nəzarəti altında xəstəliklərin müalicəsində istifadə olunur. Müalicədən sonra müəyyən bir gözləmə müddəti va. Yalnız bu müddət bitəndən sonra heyvandan əldə edilən ət və yumurta istehlaka təqdim edilir. Bütün bu proseslər AQTA tərəfindən ciddişəkildə nəzarətdə saxlanılır və istehlakçının Azərbaycan Qida Kodeksinə uyğun olaraq qalıqsız məhsul əldə etməsini təmin edir.
Bu gün sağlam və etibarlı heyvansal istehsalın əsası elmdir, dərman və ya süni müdaxilələr deyil.
Toyuqların qidalanmasında istifadə olunan bəzi yem xammalları, xüsusilə soya paxlası və qarğıdalı, dünyada əsasən genetik modifikasiya olunmuş variantlardan əldə edilir. Bu vəziyyət Avropa Birliyi və Türkiyədə ciddi hüquqi tənzimləmələrə tabedir və GMO-lu məhsulların yalnız yem məqsədilə istifadəsi Təhlükəsizlik Komissiyasının icazəsi ilə mümkündür. İndiyə qədər aparılan çoxsaylı araşdırmalar göstərmişdir ki, GMO-lu yemlə qidalanan heyvanların ətində və ya yumurtasında GMO izlərinə rast gəlinmir. Çünki yem vasitəsilə qəbul edilən GMO-lu DNT və zülallar, təbii yemlərdəki DNT və zülallar kimi heyvanların həzm sistemində parçalanır. Bu səbəbdən nə toyuq ətində, nə də yumurtasında GMO-lu bir tərkibə rast gəlinmir. Bundan əlavə, Avropa QidaTəhlükəsizliyi Təşkilatı və Dünya Səhiyyə Təşkilatı mövcud məlumatlara əsaslanaraq bildirir ki, GMO-lu yemlə bəslənən heyvanların məhsulları insan sağlamlığı baxımından risk yaratmır.
Müasir ətlik cücələr daha qısa müddətdə və daha çox əzələ kütləsi ilə kəsimə getdikləri üçün onların birləşdirici toxumaları hələ tam formalaşmamış olur və kollagenləri istiliklə daha asan həll olunur. Bundan başqa, yüksək su tərkibi və homojen əzələ paylanması istilik ötürülməsinə və daha qısa bişirmə müddətinə töhfə verir. Keçmişdə toyuqlar daha yaşlı ikən kəsildiyi üçün əzələləri daha sıx olurdu və bu da bişirmə müddətinin daha uzun olmasına səbəb olurdu.
Azərbaycanda və dünyada quşçuluqda müxtəlif istehsal sistemləri mövcuddur. İntensiv, yarı-intensiv, sərbəstgəzən və orqanik kimi sistemlər bunlardan bəziləridir. Sərbəst gəzən və orqanik şəkildə yetişdirilən toyuqların ətində və yumurtasında bəzi qida maddələri baxımından müəyyən fərqlər ola bilər. Lakin bu fərqlər əsas makro qida maddələrinə təsir etməz. Bu fərqlər əsasən qidalanma ilə bağlıdır.
Çünki təbiətdə sərbəst gəzən heyvanlar ot, həşərat, yaşıl ot kimi bitkilərlə qidalandıqlarına görə xüsusilə omega-3 yağ turşuları, A və E vitamini baxımından ət və ya yumurtalarında müəyyən qədər fərqlilik görünə bilər. Əks halda, yalnız gəzinti davranışı yumurtaya və ya ətə əlavə qida maddəsi qatmaz. Bu baxımdan, seçim tamamilə istehlakçının dəyərlərinə və dad algısına bağlıdır.
Bəzən yumurtanın içində qan ləkəsi və iplikvari quruluşlar görünə bilər. Bu quruluşlar tamamilə təbii və bioloji olaraq izah oluna bilən hadisələrdir. Qan ləkəsi, yumurta əmələ gəlməsi zamanı yumurtalıqda kapilyar damarların partlaması nəticəsində yaranır. Bu hal döllənmə və ya xəstəliklə əlaqəli deyil və sağlamlıq baxımından heç bir risk daşımır. Yumurtanın içində görünən ağ iplikvari quruluşlar isə yumurta sarısını ortada saxlayan və “şalaz” adlandırılan bağ toxumalarıdır. Şalazın olması yumurtanın təzə olduğunu göstərir. Yumurta köhnəldikcə bu quruluş boşalır və yox olur. Nəticə olaraq, bu quruluşlar yumurtanın köhnə, xarab, döllənmiş və ya sağlıqsız olduğunu deyil, əksinə, təzə və təbii şəkildə formalaşdığını göstərir. Lakin istehlakçı seçiminə əsasən, bişirmədən əvvəl yumurtadan çıxarılması mümkündür.
Yumurtanın qabıq rəngi tamamilə toyuğun genetik xüsusiyyətlərinə bağlıdır və yumurtanın qida dəyərinə təsir etmir. Aparılmış araşdırmalar yumurtanın aminturşusu tərkibi və bioloji mənimsənilməsi baxımından qabıq rənginin heç bir üstünlük yaratmadığını açıq şəkildə göstərir.
Yumurta sarısının rəngi tamamilə toyuğun yediyi yemlərin tərkibindən asılıdır. Yem tərkibində nə qədər çox karotenoid varsa, yumurta sarısı da o qədər tünd və ya narıncı rəngə çalacaq. Karotenoid mənbələri arasında yaşıl bitkilər, qarğıdalı, paprika və məxmərçiçəyi göstərilə bilər. Əgər toyuğun yediyi yemdə daha az karotenoid varsa, yumurta sarısı daha solğun rəngli olacaq.
Qida dəyəri baxımından isə yumurta sarısının rəngi yumurtanın enerji, vitamin, mineral və protein kimi əsas qida maddələrini əhəmiyyətli şəkildə dəyişmir
Mürvət Həsənli,
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
21 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 18 saat sonra
-
-
33 d. əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
-
42 d. əvvəl
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
2 saat əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Ən çox oxunanlar
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib




















