Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
(®) Azercell rəqəmsal əyləncə sahəsində istifadəçi təcrübəsini daha da zənginləşdirərək “Kinon” tətbiqinin “Android” əməliyyat sistemi üçün tam yenilənmiş, daha müştəriyönümlü həllini təqdim edib.
Yenilənmə çərçivəsində tətbiqin funksionallığı əhəmiyyətli dərəcədə genişləndirilib və istifadəçi ehtiyacları nəzərə alınaraq daha rahat və çevik istifadə imkanları yaradılıb.
İndi təkmilləşdirilmiş “Kinon” tətbiqində məzmun daha sürətli yüklənir, videolar daha stabil və axıcı şəkildə izlənilir. Yenilənmiş interfeys müasir dizayn prinsiplərinə uyğun olaraq hazırlanıb, yaddaş və batareya optimizasiyası isə mobil cihazların resurslarından daha səmərəli istifadəni təmin edir.
“Kinon” tətbiqi istifadəçilərə eyni anda 260-dan çox yerli və xarici TV kanalını izləmək imkanı yaradır. Bundan əlavə, “Premier”, “Viju” və “Wink” kimi beynəlxalq onlayn kinoteatrlar da bir platformada birləşdirilib.
Yenilənmiş “Kinon” tətbiqi artıq “Android” üçün “Google Play” mağazasında əlçatandır: https://onelink.to/3gnet5
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








