“Prime Cotton” pambığın mənşəyini elmi üsullar ilə təsdiqləyən ilk Azərbaycan şirkəti oldu
Azərbaycanın "Prime Cotton" şirkəti, "Geodentify Ltd" (Böyük Britaniya) şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın pambıq istehsalında elmə əsaslanan mənşə və izlənəbilərlik sisteminin tətbiqinə başlayıb.
Bu təşəbbüs çərçivəsində Prime Cotton və onun fermer tərəfdaşları tərəfindən təqdim olunan pambıq nümunələri "Geodentify Reference Database"ya daxil edilib və şirkət rəsmi olaraq pambığın coğrafi mənşəyini təsdiqləyən sertifikat əldə edib.
"Geodentify"nin mobil nümunə götürmə tətbiqi və laborator metodologiyası əsasında "Prime Cotton" tərəfindən tarlalardan bölgəvi alış mərkəzlərinə qədər sistemli nümunə götürmə proqramı həyata keçiriləcək. Bu proses hər istehsal bölgəsinin unikal "Geo Signature" (coğrafi kimlik imzası) ilə qeydiyyata alınmasını təmin edir.
Layihə çərçivəsində "Stable Isotope Ratio Analysis" (SIRA) və "Trace Element Analysis" (TEA) kimi qabaqcıl elmi metodlardan istifadə olunaraq "Prime Cotton"un istehsal bölgələrinin unikal “elmi barmaq izi” formalaşdırılır. Bu sistem vasitəsilə pambığın həqiqiliyini və mənşəyini tarladan son tekstil məhsuluna qədər olan istənilən nöqtədə elm əsaslı şəkildə yoxlamaq mümkün olacaq.
“Bu təşəbbüs Prime Cotton-un pambıq istehsalında şəffaflıq və izlənəbilərlik prinsipini tamamilə yeni mərhələyə yüksəldir. Biz artıq yalnız yüksək keyfiyyətli xammal istehsalçısı deyil, həm də mənşəyi sübut edilə bilən, etibarlı təchizat zəncirinin qurucusuyuq,” – deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.
Yeni sistem "GP Cotton Holdings"in “dirt-to-shirt” (torpaqdan köynəyə) prinsipinə əsaslanan vertikal inteqrasiya olunmuş istehsal modelini daha da gücləndirir, şirkətin davamlılıq (sustainability) və ESG öhdəliklərini elmi əsaslarla təsdiqləyir. Bununla yanaşı, beynəlxalq alıcılar üçün pambığın mənşəyi barədə real vaxt rejimində sübutlu məlumat əldə etmək imkanı yaradır.
Bu nailiyyət "Prime Cotton-"un artıq sahəsində əldə etdiyi digər beynəlxalq sertifikatların – "OEKO-TEX", "Sedex", "ICA", "Higg Index" kimi tanınmış standartların – davamı olaraq şirkətin qlobal etibarlılığını və texnoloji liderliyini daha da möhkəmləndirir.
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
(+994 55) 515 01 01
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























