Badam bağlarına dəymiş zərər üzrə 200 min manat sığorta ödənişi edilib
Azərbaycanda uğurla tətbiq olunan dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artır. Noyabrın 27-də Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləğdə sığorta ödənişi həyata keçirilib.
Xaçmaz rayonunun Cığatay kəndində yerləşən “Trek Service Engineering” MMC-yə məxsus badam bağında sel-subasma nəticəsində yaranmış zərərə görə 200 520 manat məbləğində sığorta ödənişi edilib.
Hadisə 2025-ci ilin aprel ayında baş verib. Cığatay kəndinin yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində ətraf ərazilərlə yanaşı badam bağı da sel altında qalıb. Müraciətdən sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertlərini cəlb edib. Ekspertlər bir neçə dəfə sahəyə baxış keçirərək zərərin xarakterini və miqyasını müəyyənləşdiriblər. Hadisənin ölçüsü nəzərə alınaraq Fondun rəhbər şəxsləri və mütəxəssisləri də təsərrüfata baxış keçiriblər.
Araşdırmalar göstərib ki, Ağçay çayının daşması nəticəsində sel suyu bağın ön hissəsindən daxil olaraq bütün sahəyə yayılıb. Sığorta hadisəsi bağda çiçəklənmənin sonu – kiçik meyvə mərhələsinin başladığı dövrdə baş verdiyi üçün təsir daha böyük olub. Ağac gövdələri üzərində aparılan ölçmələrə əsasən suyun səviyyəsi təxminən 40 santimetrə qədər yüksəlib. Sel suyu məhsulla birbaşa təmas etməsə də, ağacların kök sistemi su altında qalıb, sahədə qalın palçıq qatı yaranıb və nəticədə stress səbəbindən ciddi meyvə tökülmələri baş verib.
Aqrar Sığorta Fondunun hesablamalarına əsasən, “Trek Service Engineering” MMC-yə 200 520 manat sığorta ödənişi təyin olunub və tam şəkildə ödənilib.
Təsərrüfatın baş aqronomu Kazam Cəlilov bildirib: “Sel nəticəsində ağacların kökü zədələndi, məhsulda böyük itki oldu. Lakin bağımız sığortalı olduğundan Aqrar Sığorta Fonduna məlumat verdik, ekspertlər gəldilər, zərəri qiymətləndirdilər və bizə sığorta ödənişi etdilər.”
O, bütün fermerləri aqrar sığorta imkanlarından yararlanmağa çağırıb.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib ki, aqrar sığorta mexanizmi üzrə hazırda 41 növ bitki sığortalanır. Buraya meyvə bağları, tərəvəz və bostan məhsulları, tarla bitkiləri, texniki bitkilər və digər növlər daxildir.O əlavə edib ki, Fond tərəfindən bu günə qədər 20 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib və bu rəqəm dinamik şəkildə artır.
Qeyd edək ki, meyvə bağları dolu, qasırğa, fırtına, sel və subasma, leysan yağışlar, şaxtavurma (donvurma), normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığortalanır. Dövlət tərəfindən tətbiq edilən 50%-lik subsidiya sayəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə öz əkinlərini və bağlarını sığortalaya bilirlər.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü davam edir. Fermerlər bağlarını müxtəlif risklərdən qorumaq üçün dövlət aqrar sığorta mexanizmindən istifadə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
48 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















