“İcbari Sığorta Bürosu” HŞİ-nin Risk Komitəsinin Əsasnaməsi təsdiq edilib
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
İSB-ən Marja-ya verilən məlumata görə, iclasda maliyyə və təşkilati məsələlər müzakirə edilib, İSB-nin Risk Komitəsi haqqında Əsasnaməsi təsdiqlənib.
Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək, bu risklərə uyğun zəruri qərarların qəbulu üçün əsaslar yaratmaqdır. Komitə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edir, eyni zamanda strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyır.
İclasda Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli komitənin sədri, Famil Əliyev ("Qala Sığorta" ASC) və Araz Məmmədov ("Paşa Sığorta" ASC) komitənin üzvləri seçiliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
51 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
52 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
13 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)








.jpg)






