Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Yeni iPhone modellərinə olan güclü tələbin təsiri ilə Apple-ın bazar dəyəri tarixində ilk dəfə 4 trilyon dolları ötüb.
Marja xəbər verir ki, çərşənbə axşamı günü Apple bazar dəyərinə görə ilk dəfə 4 trilyon dollarlıq həddi aşaraq bu səviyyəyə çatan 3-cü texnologiya şirkəti olub.
Şirkətin yeni iPhone modellərinə olan yüksək tələbi, süni intellekt sahəsində yavaş irəliləyişlə bağlı narahatlıqları da azaldıb.
Apple-ın səhmləri 9 sentyabrda keçirilən yeni məhsul təqdimatlarından bəri təxminən 13% bahalaşıb və ilin ilk yarısındakı azalmadan sonra yenidən müsbət zonaya keçib.
Northlight Asset Management şirkətinin İnvestisiya direktoru Kris Zakkarelli bildirib: “iPhone, Apple-ın gəlir və mənfəətinin yarıdan çoxunu təşkil edir. Onlar nə qədər çox telefon satsalar, istifadəçiləri bir o qədər çox öz ekosistemlərinə cəlb edə bilirlər.”
Şirkət ilin əvvəlində Çindəki sərt rəqabət və Asiya iqtisadiyyatlarına tətbiq edilən yüksək ABŞ tarifləri səbəbindən çətinliklərlə üzləşmişdi. Lakin Evercore ISI analitiklərinin fikrincə, yeni iPhone modellərinə güclü tələbat nəticəsində Apple-ın üçüncü rübdə bazar gözləntilərini üstələyəcəyi və dekabr dövrü üzrə proqnozların yuxarı istiqamətdə dəyişəcəyi ehtimal olunur.
Apple, Nvidia və Microsoft-dan sonra bazar dəyəri 4 trilyon dollara çatan üçüncü şirkət olub. Hazırda Nvidia 4,5 trilyon dollardan artıq bazar dəyəri ilə siyahında 1-ci yeri tutur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















