Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayını dərc edib.

Marja.az xəbər verir ki, bülletendə bildirilir:

Bank sektoru 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı 7 milyard 170.2 milyon manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artmışdır.

Hesabat ayında bankların kredit portfeli 2% və ya 571.4 milyon manat artaraq 29 milyard 276.3 milyon manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.1% (15 milyard 544.6 milyon manat);

ıı) istehlak kreditləri – 31.4% (9 milyard 183.5 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.2 milyon manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 36 milyard 587.8 milyon manat. Depozit portfelinin 58%-i (21 milyard 210.8 milyon manat) hüquqi şəxslərin, 42%-i (15 milyard 377 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10 milyard 404.8 milyon manat) milli valyutada, 32.3%-i (4 milyard 972.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9 milyard 720.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 1.7% və ya 159.5 milyon manat, tələbli əmanətləri isə 2.4% və ya 131.4 milyon manat artmışdır. 

2025-ci ilin sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3 min 506 əmanətçi), ilin əvvəlindən isə 20.4% (30 min 638 əmanətçi) artmışdır. 

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 983.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.4%-ni təşkil etmişdir. 

2025-ci ilin yanvar - sentyabr aylarında banklar 910.7 milyon manat xalis mənfəət, 1 milyard 373.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 milyon  manat məbləğində mənfəət vergisi ödənilmişdir.

30 sentyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,410 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 137 nəfər artaraq 26,872 nəfər təşkil etmişdir. 

Monetar sektor

Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1.5% artaraq 37 milyard 188.1 milyon manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 milyon manat artaraq 2 milyard 926.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artmışdır. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı 56.5% artmışdır.

28.10.2025 10:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18