Tesla-da proqram təminatı və batareya problemləri: 76 mindən çox avtomobil geri çağırıldı
Tesla ABŞ-da ön farların parlaqlığı ilə bağlı proqram təminatı problemi səbəbindən 63 min 619 ədəd Cybertruck modelini geri çağırıb.
Marja xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına görə, avtomobilin ön park işıqları icazə verilən parlaqlıq səviyyəsini aşaraq qarşıdan gələn sürücülərin görmə qabiliyyətini məhdudlaşdıra bilər.
Tesla problemi aradan qaldırmaq üçün avtomobil sahiblərinə heç bir əlavə xərc çəkmədən kabelsiz (OTA - Over-The-Air) proqram yeniləməsi yayımlayıb. NHTSA bu addımın istifadəçi təhlükəsizliyini artırmaq məqsədi daşıdığını və avtomobil sahiblərinin yeniləməni dərhal quraşdırmalarının vacib olduğunu vurğulayıb.
Bundan bir gün öncə ABŞ-da 13 min avtomobili geri çağırıb
Həmçinin Tesla batareya problemi səbəbindən 13 min avtomobilini servislərə geri çağırmağa başlayıb.
Şirkət, qəfil batareya gücü itkisinə səbəb ola biləcək problemə görə minlərlə avtomobili servislərə dəvət edir. NHTSA-nın saytında yerləşdirilən sənədlərə əsasən, problem batareya paketinin nasaz bir birləşmə hissəsindən qaynaqlanır və xəbərdarlıq etmədən avtomobilin hərəkət qabiliyyətini itirməsinə səbəb ola bilər.
Geri çağırılma bu ilin mart–avqust ayları arasında istehsal olunan təxminən 8 min Model Y SUV və 5 mindən bir qədər çox Model 3 sedan avtomobillərini əhatə edir.
Tesla, məsələ ilə bağlı 36 müraciət aldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
22 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























