Azərbaycan 1 milyard dollar tələb edən layihəyə sərmayə qoyacaq
Ötən həftə Çin ilə İran arasında imzalanan memoranduma əsasən Çinin CITIC Group dövlət investisiya şirkəti tərəfindən İranın “Rəfah”, “Pasargad”, “Pars”, “Sənaye” və “İxrac” banklarından ibarət konsorsiuma 10 milyard dollar həcmində kredit veriləcək.
İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, bu müqavilə İran və Çinin mərkəzi bankları arasındakı səmərəli əməkdaşlığın nəticəsində imzalanıb. Onun sözlərinə görə, maliyyə vəsaiti enerji, nəqliyyat, su resurslarının idarə edilməsi sahəsində həyata keçirilən infrastruktur layihələrə sərf olunacaq. V.Seyfi onu da nəzərə çatdırıb ki, artıq cari ilin oktyabr ayından başlayaraq 10 milyard kredit hissə-hissə İran banklarına köçürüləcək.
Xatırladaq ki, “CITIC Group” özündə 44 maliyyə şirkətini birləşdirir. Bu şirkətlərin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və başqa ölkələrdə böyük filialları fəaliyyət göstərir.
Göründüyü kimi belə bir ciddi qurumun maliyyə krediti təqdim etməsi heç də təsadüfi xarakter daşımır.
Əvvəla qeyd edək ki, İranın Mərkəzi Bankının sədri maliyyə vəsaitinin digər sahələrlə yanaşı nəqliyyat sahəsinə də yönəldiləcəyini vurğulayıb. Bu gün İranın ən aktual məsələsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşdırılması istiqamətində həyata keçirdiyi işlərdir. Bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Avropa ilə Asiyanı birləşdirəcək.
ŞCBND-nin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişi işləri davam edir. Yolun Qəzvin-Rəşt bölməsi artıq hazırdır. Rəşt-Astara hissəsinin inşası isə maliyyə problemi səbəbindən yubanır. Körfəz ilə Xəzər dənizini birləşdirəcək Qəzvin-Rəşt-Astara yolu İranın dəmir yolu sistemini Azərbaycan ərazisindən keçməklə Rusiyanın dəmir yolu sistemi ilə birləşdirəcək. İran üçün mühüm əhəmiyyət daşıyan və Avropaya çıxış imkanı verən yolun çəkilişi Çindən alınan kredit hesabına inşa ediləcəyinə artıq şübhə yeri qalmır.
İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi Abbas Zamani bildirib ki, Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişinə 1 milyard dollara yaxın investisiya lazımdır. Çindən alınan kreditdən əlavə Azərbaycan və Rusiya yolun çəkilişinə sərmayə qoymaq niyyətindədirlər. Çünki bu yol hər iki dövlətin iqtisadi maraqlarını əks etdirir.
Beləliklə yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















