Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"AFB BANK"ın istiqrazlarına abunə yazılışı başlayır - 27 oktyabrda ticarətə buraxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AFB BANK"ın istiqrazlarına abunə yazılışı başlayır - 27 oktyabrda ticarətə buraxılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitəcəkdir.

5 milyon manatlıq AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazların illik gəlirlilik faizi 13%, tədavül müddəti 2 ildir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AFB BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001008591

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə Yazılışı 

İstiqrazların sayı: 50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 5 000 000 manat

İllik gəlirlilik faizi:  13%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir.

Tədavül müddəti:  2 il

Ticarətə buraxılma tarixi:  27.10.2025

Anderrayter:  “Assist Finance İnvestisiya Şirkəti” ASC

14.10.2025 10:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18