2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
Azərbaycanın 2025-ci ilin ilk altı ayı üzrə cari əməliyyatlar balansı (CƏB) 2 milyard 317,4 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azalma deməkdir. Göstəricilərin təhlili ölkə iqtisadiyyatında ikili tendensiyanı ortaya qoyur: neft-qaz sektorunun güclənməsi fonunda qeyri-neft sektorunda kəsirin artması.
Neft-qaz sektorunda artım
2024-cü ilin ilk yarısında 6 milyard 948,2 milyon ABŞ dolları həcmində profisit verən neft-qaz sektoru 2025-ci ilin eyni dövründə 7 milyard 327,0 milyon dollara yüksəlib. Artım tempi 5,5% təşkil edib. Bu dinamika, əsasən, dünya bazarında neft və qaz qiymətlərinin əlverişli olması, eləcə də ixrac həcmlərinin qorunub saxlanması ilə izah oluna bilər. Beləliklə, Azərbaycan iqtisadiyyatının ənənəvi dayağı olan enerji sektoru cari əməliyyatlar balansının müsbət qalmasında həlledici rol oynamaqda davam edir.
Qeyri-neft sektorunda dərinləşən kəsir
Digər tərəfdən, qeyri-neft sektoru üzrə mənfi saldo daha da dərinləşib. 2024-cü ilin ilk altı ayında 4 milyard 322,9 milyon ABŞ dolları olan kəsir 2025-ci ildə 5 milyard 9,6 milyon dollara çatıb. Bu, 15,9%-lik artım deməkdir. Belə bir mənzərə qeyri-neft ixracının kifayət qədər sürətlə artmaması və idxal asılılığının yüksək səviyyədə qalması ilə bağlıdır. Bu tendensiya ölkə iqtisadiyyatında diversifikasiyanın zəif tərəflərini də üzə çıxarır.
Balans komponentlərinin dinamikası
Xarici ticarət balansı 4 milyard 161,4 milyon dollardır, yəni 2024-cü ilə nisbətən 10% azalma baş verib. Bu, ixracın idxala nisbətən üstünlüyünün zəiflədiyini göstərir.
Xidmətlər balansı -1 milyard 48,1 milyon dollardır. Kəsir ötən ilə nisbətən 5,7% azalıb ki, bu da turizm və nəqliyyat kimi xidmətlərdən daxilolmaların artması ilə bağlıdır.
İlkin gəlirlər balansı -1 milyard 78,1 milyon dollar olub. Xarici investorların dividend və faiz gəlirlərinin azalması nəticəsində kəsir 12,3% azalıb. Bu, valyuta axınının zəifləməsi baxımından müsbət haldır.
Təkrar gəlirlər balansı 282,2 milyon dollar təşkil edib. Göstərici 17,8% azalıb. Əsasən diaspor köçürmələrinin və digər təkrar daxilolmaların zəifləməsi ilə bağlıdır.
İxracın 86,2%-i neftdir
Neft-qaz sektoru üzrə ixrac 10 milyard 537,3 milyon dollar təşkil edərək ümumi ixracın 86,2%-ni verib. Bu göstərici 2024-cü ilə nisbətən 2,3% azalsa da, sektor hələ də xarici ticarətin əsas dayağıdır. İdxal isə cüzi azalaraq 1 milyard 114,3 milyon dollar olub. Beləliklə, sektorun xarici ticarət saldosu 9,4 milyard dollar səviyyəsindədir.
Qeyri-neft sektorunda kəsir dərinləşir
Qeyri-neft ixracı 7,6% artaraq 1 milyard 688,7 milyon dollara yüksəlib. Lakin qeyri-neft idxalı daha sürətlə – 5,5% artaraq 6 milyard 950,3 milyon dollara çatıb. Nəticədə, qeyri-neft sektorunda kəsir 5,3 milyard dollara qədər dərinləşib. Bu, idxaldan yüksək asılılığın davam etdiyini göstərir.
Ümumilikdə geridə qoyduğumuz 2025-ci ilin ilk yarısı göstərdi ki, Azərbaycan iqtisadiyyatı hələ də yüksək dərəcədə neft-qaz sektorundan asılıdır. Enerji ixracının artımı cari əməliyyatlar balansını müsbət saxlayır, lakin qeyri-neft sektorunda kəsirin böyüməsi balansın dayanıqlığını zəiflədir.
Orta və uzunmüddətli perspektivdə iqtisadi təhlükəsizlik və makroiqtisadi sabitlik üçün qeyri-neft ixracının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və xidmət sektorunun inkişafına nail olmaq üçün ciddi addımlar tələb olunur. Ə
Yeri düşmüşkən əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, avqustda qeyri neft-qaz sektorunda iqtisadi artım sürəti 3,1 faizdən 2,6 faizə yavaşlayıb. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz artmışdır. 2025-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artmışdı.
© ENA
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
1 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
3 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
3 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Ən çox oxunanlar
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi





















