Azərbaycanda ABŞ dollarının bahalaşması tədricən dayana bilər
Azərbaycanda ABŞ dollarının məzənnəsinin qalxmasına qarşı inzibati məhdudiyyətlər davam edə bilər.
Bazarı müdəmadi izləyən iqtisadçı Vüsal Əliyarov “Marja”ya bildirdi ki, ABŞ valyutasının bahalaşmasının qarşısının alınması üçün banklara qarşı atılan növbəti inzibati addımlardan biri manat qıtlığı şəraitində tədricən dollar alışına məhdudiyyət tətbiq edilməsi ola bilər. Banklar müvəqqəti olsa belə dollar satmadıqları kimi, müəyyən dövrlər üçün tədricən dollar almaya bilər və ya daha kiçik məbləğlərdə ala bilərlər. Belə olan halda da vətəndaşlar iri məbləğdə dollar vəsaitlərini dərhal və çevik olaraq sata bilməyəcəklər.
“Tutaq ki, banklar əhalidən 500 dollardan artıq məbləğdə dollar almayacaqlar. Gəlir əldə etmək məqsədilə vaxtilə aşağı məzənnə ilə dollar alan insanlar məzənnə pik həddə çıxıb geriləməyə başlayanda dollarlarını qısa zamanda satıb qazanc götürə bilməyəcəklər. Cari xərclərin manatdadırsa cari vəsaitlərini də manatda saxlamaq məcburiyyətində qalacaqsan. Əks halda dolları daha ucuz, yəni aldığın qiymətdən aşağı qiymətə sata bilərsən”.
Qeyd edək ki, bankların dollar almaq üçün manatları da tükənir. Mərkəzi Bank izafi manat kütləsini dövriyyədən yığdığından dollar qıtlığı ilə bərabər manat kütləsi də azdır. Buna görə, banklar hər bir vətəndaşdan daha az dollar ala bilərlər.
Bu ssenari reallaşarsa limitlə dollar satan və ya ümumiyyətlə dollar satmayan banklar limitlə dollar almaqla artıq “qara bazar”a daha çox dollar ötürə bilməyəcək və ya bu prosesdə maraqlı olmayacaqlar. İddia olunur ki, “qara bazar”a dollar banklar tərəfindən ötürülür. Əhali əvəllər aşağı məzənnə ilə aldığı dollarlarını satmaq və qazanc əldə etmək üçün kütləvi surətdə "qara bazar"a üz tutduğundan manat qıtlığı şəraitində dollar təklifi arta və tədricən dolların məzənnəsi müvəqqəti olsa belə aşağı düşməyə başlaya bilər.
İlin sonunda vergi və digər ödənişlər artdığından adətən manata təlabat artır. Həmçinin ilin ilk aylarında idxal xeyli aşağı düşdüyündən dollara təlabat azalır. Bütün bu faktorları əsas tutaraq, dolların bahalaşmasının yaxın zamanlarda tədricən dayanacağını gözləmək olar.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























