Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
ARDNF-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib.Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Marja ARDNF-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir.
Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.
Həmçinin, ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüşü keçirilib. Görüşdə ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin suveren investisiya fondları arasında institusional əməkdaşlığın inkişafı baxımından mühüm mərhələ olmuşdur. Bu sənəd, bilik və təcrübə mübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayə modellərinin qurulması və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırmaqla Çin-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə də töhfə vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















