OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır
Süni intellekt şirkəti OpenAI, LinkedIn-ə rəqib olacaq yeni işə qəbul platformasını istifadəyə verməyə hazırlaşır.
Marja.az-ın məlumatına görə, şirkət bildirib ki, süni intellekt dəstəyi ilə işləyəcək bu platforma işəgötürənlərlə işçiləri birləşdirəcək və 2026-cı ilin ortalarında istifadəyə veriləcək.
OpenAI Tətbiq üzrə İcraçı direktoru Fidji Simo açıqlamasında qeyd edib: “Şirkətlərin ehtiyacları ilə işçilərin bacarıqları arasında mükəmməl uyğunluq tapmaq üzərində çalışırıq. Bizneslərin yüksək ixtisaslı süni intellekt mütəxəssislərinə əlçatanlığını təmin etmək üçün xüsusi platforma hazırlayırıq”.
Mütəxəssislər hesab edir ki, OpenAI-nin bu addımı şirkəti birbaşa LinkedIn ilə rəqabətə sala bilər. Qeyd edək ki, LinkedIn OpenAI-nin ilk investorlarından olan Reid Hoffman tərəfindən təsis edilib və hazırda OpenAI-nin ən böyük maliyyə tərəfdaşlarından biri olan Microsoft-a məxsusdur.
Ötən il LinkedIn də iş axtaranlarla işəgötürənləri uyğunlaşdırmaq məqsədilə süni intellekt əsaslı funksiyalar tətbiq etməyə başlamışdı.
Qeyd edək ki, ChatGPT sistemi OpenAI-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 40 d. əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





