SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin birinci rübündə Özbəkistanın Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır.
Bunu müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib.
“Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq”, - o bildirib.
“Özbəkneftqaz”ın rəhbəri xatırladıb ki, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat mərhələsi beş il üçün nəzərdə tutulub.
“Sənaye ehtiyatları təsdiq olunarsa, layihə sınaq istehsalına və hasilat texnologiyalarının sınaqdan keçirilməsinə keçəcək”, - B.Sidikov qeyd edib.
O vurğulayıb ki, geoloji kəşfiyyat mərhələsində operator SOCAR olacaq. Birinci mərhələdə “Özbəkneftqaz” institusional və texniki dəstək göstərir, daha dəqiqi, icazələrin alınmasında köməklik göstərir, geoloji və geofiziki məlumatları ötürür, dövlət qurumları ilə qarşılıqlı əlaqədə olur.
“Bu mərhələdə payların bölüşdürülməsi paritet əsasda həyata keçirilir. Eyni zamanda, iştirak strukturu layihənin icra mərhələsindən asılı olaraq tətbiq oluna bilən çevik tənzimləmə mexanizmini nəzərdə tutur”, – B.Sidikov bildirib.
Gələcəkdə operatorluğun ötürülməsi mümkünlüyü məsələsinə gəlincə, o qeyd edib ki, buna əldə edilmiş nəticələr və tərəflərin strateji hədəfləri əsasında baxılacaq.
Sədrin sözlərinə görə, ilkin mərhələdə maliyyələşdirmə investorlar tərəfindən, öhdəliklərin tərəflər arasında bərabər bölüşdürülməsi ilə həyata keçirilir.
“Lazım gələrsə, xarici maliyyə cəlb edilə bilər”, - o əlavə edib.
© “Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
20 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
- 33 d. əvvəl
-
42 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Ən çox oxunanlar
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb























