Ağdam Sənaye Parkında 900-dən artıq daimi iş yeri yaradılıb
İşğaldan azad edilmiş ərazilərdə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Marja.az-a verilən məlumata görə, Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib.
Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkında fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasən tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və metal məmulatlarının, dəmiryolu avadanlıqlarının, elektirk avadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.
Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinə verilib. Parkın qalan əraziləri üzrə sahibkarlardan investisiya müraciətlərinin qəbulu hazırda davam edir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin I yarısında 2,7 milyon manatlıq məhsul satışı edilib.
Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.
Qeyd edək ki, sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.
Sənaye parklarında rezident kimi qeydiyyatdan keçmək istəyən sahibkarlar İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 12 saat əvvəl
-
-
12 saat əvvəl
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
-
14 saat əvvəl
Bakıda "Xaricdə Təhsil Sərgisi 2025" keçiriləcək - GİRİŞ PULSUZDUR
-
14 saat əvvəl
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
Biznesiniz üçün QISA NÖMRƏ alın
Ən çox oxunanlar
Çində istehlak qiymətləri oktyabrda artıma qayıdıb, istehsalçı qiymətlərindəki azalma isə üç ildir davam edir
Pfizer, Metsera-nı 10 milyard dollara alır
Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir










.jpg)








