Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər
Coca-Cola Azərbaycan ölkənin aparıcı media nümayəndələri üçün İsmayıllı zavoduna media tur təşkil edib.
Tədbir çərçivəsində qonaqları “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin baş direktoru Rəna Məmmədova və digər rəhbər şəxslər qarşılayıblar.
Media nümayəndələri Coca-Cola Azərbaycanın İsmayıllıda fəaliyyətə başlayan yeni zavodu, bu zavoda qoyulan yeni investisiyalar, müasir beynəlxalq standartlara cavab verən istehsal prosesi, dünya keyfiyyət və təhlükəsizlik standartlarının burada təmin edilməsi, zavodun fəaliyyətinin əhalinin məğulluğuna töhfə verməsi barədə məlumatlandırılıblar.
Daha sonra media nümayəndələri zavod ərazisində istehsal prosesini yaxından izləyib, müəssisənin texnoloji imkanları ilə tanış olublar.
Qeyd edək ki, səfər Milli Mətbuat Günü ərəfəsinə təsadüf etdiyi üçün Coca-Cola əməkdaşları tərəfindən jurnalistlərin peşə bayramları təbrik edilib.
Xatırladaq ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində ölkə iqtisadiyyatına ümumilikdə 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb.
İsmayıllı rayonunun Topçu kəndində yerləşən ikinci zavod isə 2025-ci il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 15 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edir. Zavodun ümumi investisiya dəyəri 80 milyon manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























