Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəsmən iqtisadi tərəfdaş oldu - SAZİŞ İMZALANIB
Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi iqtisadi əməkdaşlığın gücləndirilməsini, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.
Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır.
Ölkələrimiz arasında CEPA-nın imzalanması sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açacaq. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsi, sahibkarların, kiçik və orta müəssisələrin qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
10 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
10 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
11 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 11 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
