Bileti dərhal almadan 24 və ya 72 saat mövcud qiymətlə saxla - AZAL-DAN YENİ XİDMƏT
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq.
Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait yaradır.
Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki, sərnişin AZAL-ın rəsmi saytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra “Qiymətin sabitlənməsi” funksiyasını aktivləşdirə bilər. Sistem bu zaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya 72 saat müddətində olduğu kimi saxlayır.
Xidmətdən istifadə edərkən:
• uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10 avro,
• uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avro məbləğində ödəniş edilir.
Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyata keçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyil və geri qaytarılmır.
Təyin olunmuş müddət ərzində sərnişin “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq biletini rəsmiləşdirə bilər. Bu müddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatik olaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.
Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölmə üzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj və digər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.
Ətraflı məlumat üçün: https://www.azal.az/az/information/hold-the-price/
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 17 saat sonra
-
20 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
28 d. əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 30 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Ən çox oxunanlar
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
"İpoteka istiqrazlarının 80%-i Mərkəzi Bankın əlindədir"
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı













.jpg)










