Qlobal bazarlarda son vəziyyət günə baxış
Ötən gün ABŞ-da statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında əhəmiyyətli dərəcədə bahalaşsa da, bir qədər sonra ucuzlaşıb və bu gün də dəyər itirməyə davam edib. EURUSD valyuta cütlüyü 1.18100 səviyyəsindən 1.17170 səviyyəsinə qədər geriləyib. Lakin, cümə günü məzənnə 1.17850 səviyyəsinə qədər artım sərgiləyib. GBPUSD cütlüyü eyni müddət ərzində 1.36750 həddindən 1.35850 həddinə kimi enib. Hazırda isə məzənnə 1.36800 həddində ticarət olunur.
ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edən amerikalıların sayı ötən həftə 4 min nəfər azalaraq son altı həftənin minimum həddi olan 233 min nəfərə qədər düşüb. Yenilənmiş məlumatlara görə, ondan əvvəlki həftə göstərici 236 min deyil, 237 min təşkil edib. Ölkə iqtisadiyyatında qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı (NFP) iyun ayında 147 min artıb. Analitiklərin proqnozu 110 min artımın olacağını nəzərdə tuturdu. Orta Saatlıq Əməkhaqqı aylıq ifadədə 0.2% artıb.
Eləcə də, Amerikada İşsizlik Səviyyəsi iyun ayında 4.2%-dən 4.1%-ə qədər enib. Ekspertlər isə işsizliyin 4.3%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. ABŞ-ın Ticarət Saldosunun kəsiri may ayında əvvəlki ayla müqayisədə 18.7% artaraq 71.5 milyard dollara çatıb. Əlavə olaraq, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) Təchizat İdarəetmə İnstitutunun (ISM) verdiyi məlumata əsasən, 49.9 bənddən 50.8 bəndədək artıb. “S&P Global”-ın verdiyi məlumata görə isə qeyd olunan göstərici 53.1 bənddən 52.9 bəndədək geriləyib.
Əmək bazarı ilə bağlı statistika investorları Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələri ilə bağlı proqnozlarını ciddi şəkildə yenidən nəzərdən keçirməyə vadar edib. Statistik məlumatların dərcindən sonra FED-in iyul iclasında faiz dərəcəsini azaltma ehtimalı əvvəlki günün 23.8%-i ilə müqayisədə 4.7%-ə düşüb.
Atlanta Federal Ehtiyatlar Bankının (FED) prezidenti Rafael Bostik ABŞ-ın iqtisadi siyasəti ilə bağlı qeyri-müəyyənlik şəraitində səbirli olmağın vacibliyini bildirib. Onun sözlərinə görə, gözləmə mövqeyi tənzimləyici quruma pul-kredit siyasətinin istiqamətini sonradan dəyişmək məcburiyyətində qalmaq riskindən qaçmağa kömək edəcək.
Həmçinin, Türkiyədə İstehlak Qiymətləri İndeksi aylıq ifadədə 1.37%-dək, illik ifadədə isə 35.05%-dək zəifləyib. Yaponiyanın xidmət sektorunda PMI 51 bənddən 51.7 bəndədək, Almaniyada 47.1 bənddən 49.7 bəndədək, Avrozonada 49.7 bənddən 50.5 bəndədək, Birləşmiş Krallıqda isə 50.9 bənddən 52.8 bəndədək dəyişib.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın baş tutacaq çıxışı investorların diqqət mərkəzində olacaq. Eləcə də, Almaniyada Sənaye Sektorunda Sifarişlərin Həcmi və Böyük Britaniyanın Tikinti Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri də bazar iştirakçılarının marağına səbəb olacaq. Qeyd etmək lazımdır ki, 3-4 iyul tarixlərində ABŞ-da Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar beynəlxalq birjalarda volatillik aşağı ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)





