Azərbaycanlı kadr regional qurumda vəzifəyə təyin olunub
“Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilibAZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin əməkdaşı Sitarə Hüseynova “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib.
Bu barədə Marja.az-a “Azərpoçt”dan bildirilib.
Qeyd edilib ki, Avropa poçt markalarının idarə edilməsi, onların inkişafının təmin edilməsi, eləcə də markaların Avropa ənənəsinin qorunması məqsədilə 1993-cü ildə yaradılmış “PostEurope” 1996-cı ildən etibarən Ümumdünya Poçt İttifaqının rəsmi olaraq tanınan regional poçt orqanı kimi fəaliyyət göstərir. Bu orqanın digər məqsədi isə milli poçt operatorlarının poçt sektoru siyasətlərinə cavabdeh olan hökumətlərə və ya milli tənzimləyici orqanlara qarşı maraqlarını qorumaqdır.
Vurğulanıb ki, 2021-ci ildən yenilənmə və transformasiya mərhələsinə qədəm qoyan milli poçt operatoru “Azərpoçt” elə həmin ildən etibarən “PostEurope”un üzvü olub. Ötən 5 ildə “Azərpoçt”un bu qurumla sıx əməkdaşlıq ruhunda işləməsi, qurumun siyasətinə və fəaliyyətinə dəstək verməsi nəticəsində Azərbaycanın burada təmsil olunmasına qurum tərəfindən təşəbbüs göstərilib. Belə ki, “PostEurope” Direktorlar Şurasının 11 iyun 2025-ci il tarixli 139-cu iclasında “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynovanın Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilməsinə qərar verilib. Qeyd edək ki, Sitarə Hüseynova bu qurumda təmsil olunan ilk azərbaycanlıdır.
"Məhz Sitarə Hüseynovanın rəhbərliyi altında bu günə qədər Azərbaycan markalarının beynəlxalq rəsmi nömrələmə sistemində (WADP Numbering System) qeydiyyatı aparılıb, beynəlxalq rəsmi satış platforması olan “WOPA+”da yerli markaların satışı təmin olunub. Bundan əlavə, artıq 5 ildir ki, “Azərpoçt” tərəfindən buraxılan markalar “PostEurope” tərəfindən hər il keçirilən Avropa Poçt Müsabiqəsində təmsil olunur. Sonuncu müsabiqə zamanı “Mavi balina” adlı Azərbaycan markası münsiflər və izləyicilər tərəfindən 3-cü yerə layiq görülüb",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
6 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
7 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
8 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
























