300-ə yaxın yerli şirkətin iştirakı ilə 4 gün davam edəcək sərgi keçiriləcək
6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib. Sərgidə 300-ə yaxın yerli şirkətin məhsulları, yeni brendlər, istehsal və xidmət sektorları üzrə texnologiyalar təqdim ediləcəkdir.“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş brifinq keçirilib.
Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “Marsol Group”un təsisçisi Tural Mustafayev sərginin məqsədi, təqdim olunacaq yeniliklər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edilib ki, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.
Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edəcək. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi 4 gün davam edəcək. Bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə KOB-ların iri şirkətlərin rəhbərləri ilə “B2B” formatlı görüşlərinin təşkili nəzərdə tutulur.
Eyni zamanda, KOBİA tərəfindən mikro və kiçik bizneslərə dəstək məqsədilə sərgidə KOB-lar üçün ödənişsiz stend də qurulub.
Brifinqdə vurğulanıb ki, sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.
Yerli şirkətlər üçün sərgini əhəmiyyətli edən məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq və müqavilələr imzalamaq, istehlakçıların fikirlərini öyrənərək məhsullarını təkmilləşdirmək, satışı artırmaq imkanı əldə etmələridir.
Ziyarətçilər isə sərgidə geniş çeşiddə yerli istehsal məhsullarını bir arada görmək, yeni xidmətlər və texnologiyalarla əyani tanış olmaq, yerli məhsulların, xüsusilə də bazara ilk dəfə çıxarılan məhsulların dadına baxmaq, təqdimatlarda iştirak etmək, istehlak etdikləri yerli məhsulların istehsalçıları ilə görüşərək onları maraqlandıran məsələlərlə bağlı sahibkarlarla fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi
Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd ediləcək.
"Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).
Baş sponsor: Məlhəm Beynəlxalq Hospital
Sponsor: Dayun
B2B zona sponsoru: N-Advert
Təşkilati dəstək: Construction Business Group
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO
Könüllü dəstəyi: Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. 2024-cü ildə keçirilmiş sərgiyə 22 minə yaxın ziyarətçi qatılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
2 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
3 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
3 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
3 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi



























