Azərbaycan fondu ərəb ölkəsinin boru kəməri layihəsinə 50 milyon dollar investisiya yatırıb
ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb. Bu investisiya ARDNF-nin investisiya portfelini şaxələndirmək və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionundakı fəaliyyətini genişləndirmək strategiyasına xidmət edir. “AGPA” yüksək gəlir əldə etmək üçün əlverişli imkanlara və zəmanətli həcmlərlə təmin olunmuş sabit gəlir axınına malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə Marja.az-a ARDNF-dən bildirilib.
Qeyd edilib ki, bu investisiya ARDNF-nin dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun KƏŞ regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlmişdir.
Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.
“AGPA” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “AGPA” və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırıla bilən gəlir axınını təmin edir. “AGPA”, qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlamışdır. Uzunluğu 982 kilometr təşkil edən “AGPA” şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.
ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib: “AGPA” uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz “Lunate” şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq.”
“Lunate” şirkətinin Baş tərəfdaşı Nabel Qadir isə qeyd edib: “ARDNF-yə BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım “Lunate” şirkətinin müştəriləri və tərəfdaşları üçün qlobal və yerli bazarlarda fərdi yanaşma əsasında yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir.”
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 60 milyard ABŞ dollarını keçən ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“Lunate” haqqında
“Lunate” Əbu-Dabidə yerləşən qlobal alternativ investisiya şirkətidir. Şirkət dünya üzrə 200-dən çox əməkdaşa və idarəetməsində 110 milyard ABŞ dollarından artıq aktivlərə malikdir. “Lunate” özəl bazarlarda, o cümlədən alqı-satqı, artım kapitalı, vençur kapitalı, özəl kreditlər, real aktivlər, habelə kotirovka olunan səhmlər və kreditlər sahəsində investisiyalar həyata keçirir. “Lunate”, fərdi idarə olunan hesablar (SMA-lar) və çoxaktivli fondlar vasitəsilə özəl bazar həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilməyi və müştəriləri üçün riskə uyğunlaşdırılmış gəlirlilik təmin etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
