“Bakcell” süni intellekt təlimi təşkil etdi
Təlimdə 50-dən çox media nümayəndəsi iştirak edib.(®) İnnovasiya və sürət lideri "Bakcell" media nümayəndələrinə “Süni intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim təşkil edib.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən tədbirdə 50-dən çox media nümayəndəsi iştirak edib.
Təlimin əsas məqsədi jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış etmək, dəyişən dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə bağlı praktik tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada rolu və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin kommunikasiya sahəsində istifadəsinə dair əhatəli biliklər qazanıblar.
Bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların növbəti nümunəsidir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 27 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)




.jpg)





