“AzerGold”da növbəti iclas
“Gədəbəy” saziş sahəsi üzrə yataqda istismar işləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələri üzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.“AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC ABŞ” arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitənin növbəti iclası keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dair gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.
İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, yataqda istismar işləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələri üzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Həmçinin Saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin “AzerGold” QSC-yə ötürülməsindən sonra digər saziş sahələrində istismara hazırlıq işləri çərçivəsində yerli qanunvericiliyin tələbləri və beynəlxalq standartlar əsasında həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan işlər müzakirə olunub.
Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





