Hacıbala Abutalıbov Bakıda kafeni bağlatdı - "Əmlakı müsadirə ediləcək"
Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb.
Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.
H. Abutalıbov deyib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.
H. Abutalıbov obyektin tamam bağlanacağını, əmlakının isə müsadirə olunacağını deyib: "Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar".
H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində “26 Bakı komissarı” adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.
Qeyd edək ki, H. Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən "26" - “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







