Yükdaşıma şirkətlərinin fəaliyyəti üçün yeni tələblər təklif edilir
Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat məbləğində müəyyən edilməsi təklif olunur.
Bunu açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat və Logistika Müəssisələri Komissiyasının sədri Kamran Həbibov bildirib.
Onun sözlərinə görə, hazırda “Nəqliyyat-ekspeditor fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş aparılır: “Sahibkarlar beynəlxalq təcrübəyə əsaslanaraq təklif edirlər ki, logistika zəncirinin bütün iştirakçıları - o cümlədən anbarlar, beynəlxalq və yerli avtodaşıyıcılar, nəqliyyat-ekspeditor şirkətləri - icbari məsuliyyət sığortasına cəlb olunsun. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şirkətlər üçün nizamnamə kapitalına dair xüsusi tələblər müəyyən edilsin. Qanun layihəsinin hazırlanmasında iştirak edən sahibkarlar hesab edirlər ki, bu, Azərbaycanda logistika sektorunun inkişafına təkan verəcək”.
K. Həbibov qeyd edib ki, yeni qanun çərçivəsində şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat müəyyən olunması təklif edilir:
“Hazırda bu sahədə fəaliyyət göstərən bir çox şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Bu, əvvəllər biznesin təşviqi baxımından məqsədəuyğun idi. Lakin indi risklərə əsaslanaraq, fəaliyyət növlərinə uyğun tələblər qoyulmalıdır. Həmçinin bu, tibb mərkəzlərinə də aiddir, onların da nizamnamə kapitalı 10 manat təşkil edə bilməz. Məsələn, bankların və sığorta şirkətlərinin nizamnamə kapitalının yüksək olması həmin sahələrdəki risklərlə bağlıdır. Yükdaşıma sektoru da riskli sahədir və beynəlxalq təcrübədə, məsələn, Avropa İttifaqı ölkələrində minimum nizamnamə kapitalı 25 min avro təşkil edir”.
Komissiya sədri əlavə edib ki, yükdaşıma sahəsində ən vacib məsələlərdən biri mülki məsuliyyətin icbari sığortasıdır: “Təklif olunur ki, yeni qanunda bu sahədə fəaliyyət göstərəcək şirkətlərə mülki məsuliyyətin icbari sığortası tətbiq edilsin. Bu, yükdaşıma xidmətlərinin etibarlılığını və təhlükəsizliyini artıracaq. Hər hansı şirkət ziyanla üzləşdikdə, bu zərərlər sığorta vasitəsilə qarşılanacaq. Mülki məsuliyyətin icbari sığortası üzrə minimum məbləğ beynəlxalq konvensiyalara uyğun şəkildə müəyyənləşdirilməlidir”.
Onun sözlərinə görə, bu sığorta yalnız avtodaşıyıcılara deyil, həm də digər logistika iştirakçılarına - anbarlar, yükaşırma xidmətləri və s. xidmətlərədə şamil olunmalıdır:
“Məsələn, beynəlxalq avtodaşıma sektorunda 8,33 SDR (1 kiloqram üçün təxminən 11 ABŞ dolları) anlayışı mövcuddur. Bu da bir avtomobil üçün təxminən 220 min ABŞ dolları məbləğində sığorta məsuliyyəti deməkdir. Ümumilikdə isə ortalama sığorta məbləği 1 milyon ABŞ dollarından yuxarı olmalıdır. Əgər bu sığorta təmin olunmazsa, beynəlxalq şirkətlər yerli daşıyıcılara etibar etmirlər. Azərbaycanın avtodaşıyıcıları Avropa və digər ölkə bazarlarına çıxmaq istəyirlərsə, fərdi məsuliyyətin icbari sığortası mütləq şəkildə tətbiq edilməlidir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
-
- 20 d. əvvəl
- 31 d. əvvəl
-
53 d. əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 100 milyard manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
Ən çox oxunanlar
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək
"Zabrat Maşınqayırma Zavodu" səhmlərinin nominal dəyərini azaldıb
Azərbaycan şirkəti Çin şirkətilə müqavilə imzaladı - Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır
Naxçıvanda 122 istehsal və xidmət sahəsi istifadəyə verilib

























.jpg)
